Dünyanın ən uzun saçlılar kəndi


 Huanglo kəndində qadınların saç uzunluğu 1,8 metrə çatır.Çinin Huangluo kəndində saç qadınların ən qiymətli varlığı hesab edilir. Ən uzun saçlı qadının isə saçının uzunluğu 2,7 metrdir.   Huangloda qədim adətlər indiyədək saxlanılır, elə buna görə də, ora gələn turistlər say çoxluğuna görə fərqlənir. Bu Çinli qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsə bilirlər. O da on altı yaşda, özlərinə bir yoldaş axtarışına başlamazdan öncə edilə bilər. Burda bütün qadınların saç düzümü nimçə şəkillidir.    Bu saç formalarının özünəməxsus mənaları vardır. Məsələn, saç başında sarılıbsa o qadının evli, amma uşaq sahibi olmadığı aydın olur. Qadınlarda öndən kiçik bir toppuzun olması  onların həm evli, həm də uşaq sahibi olduğunu bildirir. Saçına baş örtüsü atıbsa, bu qadının subay olmasına və sevgili axtarmasına işarədir.    Saçın uzun olması onlara uzun və zənginlik gətirdiyini iddia edirlər.     
Tweet 8848