Da Vinçi Kodu nədir?


Italyan Milli komitəsinin prezidenti, professor Silvano Vinçeti Cokondanın sağ gözündə latın hərfləri ilə LV yazıldığını aşkar etmişdir. Bu Leonardo da Vinçi mənasını verir. Sol göz isə tam məlum deyil. Ya CE, ya da B hərfləridir. Amma bəzi agentliklərin verdiyi məlumata görə, bu NCCH hərfləridir. Vinçeti yeni aşkarlarının içinə bunu da daxil edib: Mono Liza əsəri əslində 1503-1504-cu illərdə deyil, 1490-ci illərdə çəkilib. "Mona Liza" şəkilində Liza Qerardini təsvir edilmişdir, şəkil Milanda çəkilib, o vaxt Liza Qerardini Florentina tacirinin qızı idi. Şəkilin əks tərəfində 14 rəqəmi əks olunub, Vinçetinin dediyinə görə, burada bir rəqəm silinib. Təbii ki, başa düşmək olar ki, bu əsər ən qədim əsərlərdəndir. Arxa fonda isə 72-i və ya L2 kombinasiyası gorünür. Bunun isə nə məna verdiyi hələ məlum deyil. Tapılmış simvollar o qədər kiçikdir ki, açıq gözlə görünmürlər.   Silvano Vinçeti: "Leonardo da Vinçi öz xəbərlərinin ötürülməsi üçün simvollardan və kodlardan istifadə etməyi çox sevirdi və o bizə gözlər vasitəsilə modelin şəxsiyyətini bildirdi, hansılar ki, o ürəyin güzgüsü və informasiyanın ötürülməsinin vasitəsi hesab edirdi". Beləliklə, Leonardo ideyanın və onun reallaşdırılmasının arasında əbədi dilemmanın öhdəsindən gəlir. Kompozisiyanın analizi nəticəyə gətirir ki, Leonardo fərdi portreti yaratmağa çalışmırdı. Rəssamın öz işlərinə yanaşması həmişə elmi xarakterə malik idi.   “Mono Liza” əsəri ümumilikdə sirli əsər hesab olunur. Onun gülüşündə də gizlilik var. Diqqətlə baxdıqda gülüş başqa cür gorsənir. Mona Liza həmişə milli kolleksiyanın var-dövlətlərindən biri kimi Luvr muzeyində saxlanılır. Fərz etmək lazımdır ki, Leonardo faktiki olaraq səthin, rənglərin və fırçanın köməyi ilə atmosferin və canlı nəfəs alan bədənin illüziyasını yaratdı. Bizim üçün Cokonda həmişəlik Leonardonun şah əsəri olaraq qalacaq.
Tweet