Dondurmanın Avropaya gətirilməsi


 Ancaq Çin qənnadçıları dondurmanın hazırlanma qaydalarını bir sirr olaraq saxlayırdılar.   Eramızın XIV əsrinin əvvəllərinədək meyvəli dondurmalar haqqında Avropada heç bir məlumat yox idi. Deyilənə görə, bu cür dondurmaların hazırlanması haqqında bir neçə resepti məşhur italyan səyyahı Marko Polo Çində olarkən gizli olaraq əldə etmiş, sonra onu özü ilə vətəninə, İtaliyaya gətirmişdir. 1295-ci ildə Marko Polonun İtaliyaya gətirdiyi reseptlər üzrə dondurmalar XIV əsrin əvvəllərindən istehsal olunmağa başlamış və elə həmin vaxtdan da bu dondurmalar Avropanın bir çox yerlərində dəbə düşmüşdür.  AZENS.AZ
Tweet