E – Cəsus üçün tapıntı


  Rus dilində çox işlədilməsi baxımından E - hərfi O - hərfindən sonra ikinci yeri tutur. E – hərfi bizim dildə “e” kimi, ruslarda “ye” kimi, ıngilislərdə isə “i” kimi səslənir. Dilçi alimlərin (hind-avropa dilçiləri) fikirlərinə görə, uzaq əcdadlarımızın dilində olan yeganə iki sait olmuşdur ki, bunlar da E və O hərfləridir. Dilçi alimlərin fikrinə görə, E və O hərfləri bəşər dilində ən qədim saitlərdəndir. Bizim dilimizdə olmasa da, rus və ingilis dilində E və O hərfləri sözlərdə qoşa olaraq da işlənir. Qoşa “e” ruslarda uzun “ye” kimi, ingilislərdə isə “i” kimi səslənir. Qoşa “o” hərfi isə ruslarda uzun “o”, ingilislərdə uzun “u” kimi səslənir. Elə bir dil yoxdur ki, bir sözdə ardıcıl olaraq 3 ədəd “e” hərfi olsun. Amma rus dili yeganə dildir ki, belə bir sözə rast gəlmək mümkündür. Məsələn: “dlinnoşeee”(длинношеее) sözündə. Gördüyünüz kimi 3 ədəd “e” hərfi vardır. Yaxud da ki, “zmeeed”(змееед). Bu sözdə də 3 ədəd “e” hərfi vardır.


  Bir çoxumuza məlumdur ki, tək hərflərlə deyil, işarələrlə, şəkillərlə də yazılar vardır. Xatırlayırsınızsa, Şerlok Holms “rəqs edən adam” işarələri ilə yazılmış məxfi məktubun şifrəsini asanlıqla açır. İşarələrlə yazılmış məxfi məktubun oxunmasında Şerlok Holms ingilis dilində daha çox işlənən saitləri əsas götürərək, bu məktubu asanlıqla oxumağı bacarır. Ingilis dilində daha çox işlənən “E” hərfini əsas götürərək Şerlok Holms sözləri asanlıqla oxuya bilir. Buna misal olaraq aşağıdakı sözə fikir verin:          


 Bu söz – Elsie adıdır. Bu ad – “E hərfi ilə başlayır və “e” hərfi ilə də qurtarır. Qeyd etməliyik ki, ingilis dilindən fərqli olaraq, rus dilində daha çox işlənən “e” deyil, “o” hərfidir. Bizim dilimizdə isə “a” və “ə” hərfləri daha çox işlənir. “Rəqs edən adam” işarələri ilə yazılmış digər bir sözə fikir verin:  


 Bu sözü isə Şerlok Holms “never” kimi açıqlamışdır. Yenə də, “e” hərfini əsas götürərək, Şerlok Holms işarələrlə yazılmış bir neçə sözü açdıqdan sonra o, hansı işarənin hansı hərf olduğunu aydınlaşdırır və gizli yazılmış məktubu asanlıqla oxuya bilir.  


 AZENS.AZ

Tweet 1094