Edqar Ponun müəmmalı ölümü

 Qeyd etmək lazımdır ki, bu məşhur yazıçının öz həyatı da çox kədərli, ölümü isə sirli olmuşdur.  1849-cu ilin oktyabr ayının 3-də  Edqar Allan Ponu doğma küçəsi  Baltimorda  qeyri-adekvat bir vəziyyətdə gəzişən görmüşdülər. Müasirlərinin söylədiklərinə görə, həmin vaxt  o, dəhşətli dərəcədə depressiya da imiş və onun təcili olaraq həkim yardımına ehtiyacı olmuşdur.  Yazıçını təcili olaraq xəstəxanaya yatırırlar və bundan cəmi 5 gün sonra o, dünyasını dəyişir.   Məşhur yazıçı xəstəxanada yatarkən onun nədən bu hala düşdüyünü heç cür ihaz edə bilməmişdir. Yazıcının bu hala düşdüyü zaman ən çox şübhə doğuran onun əynindəki paltar olmuşdur. Belə ki, o, əynində olan o paltarı ömründə heç vaxt geyməmişdir. O, vəfat etdiyi gecə  “Reynolds” soyadını   bir neçə dəfələrlə təkrarlamışdır. Amma o soyadın kimə məxsusluğu aydınlaşdırılmamışdır.   Məşhur yazı Edqar Ponun vəfatı çox müəmmalı və sirli olmuşdur. Belə ki, onun haqqında tibbi yazılar, onun ölümünü təsdiqləyən şəhadətnamə və digər sənədlər  müəmmalı şəkildə yoxa çıxmışdır. O dövrün qəzetləri isə yazıçının ölümünün səbəbi haqqında ancaq belə yazırdı ki, guya yazıçı “beyin xəstəliyindən”  və ya “mərkəzi sinir sisteminin iltihabından” vəfat etmişdir.  XIX əsrdə alkoqolizmdən vəfat edənlərin hamısına bu cür diaqnoz qoyurdular. Amma bütün bunlara baxmayaraq Edqar Ponun ölümünə səbəb nə olmuşdur, hələ də məlum deyil.   Bəzi tədqiqatçılar belə qənaətə gəlmişlər ki, Edqar Po o zamanlar “kupinq” (Cooping) deyilən bir şeyin qurbanı olmuşdur. XIX əsrdə seçkilər zamanı belə bir varvar praktikasından istifadə edilirdi. Belə ki, bir qrup adamlar seçiciləri yoldan tutaraq aparıb “hin”, “toyuq damı” adlanan bir balaca, darısqal otağa salırdılar (termin buradan götürülmüşdür, “coop” ingiliscə - “hin”, toyuq damı” deməkdir)  və orada seçiciləri müxtəlif yollarla onların istədikləri namizədin xeyrinə imza atmalarına məcbur edilirdi. Bura gətirilənləri çox ucuz spirtli içkilərlə kefləndirib imza atmağa razı salırdılar. İmza atmaq istəməyənlərə işgəncələr verir, bəzən isə öldürürdülər də.   Qeyd edək ki, “kupinq”lərdə ucuz spirtli içkinin təsirindən keflənib imza atanlara, başqa-başqa paltarlar geyindirib, bir neçə dəfə imza atdırırdılar. Xəstəxanaya  aparılarkən Edqar Ponun özünəməxsus olmayan paltarda olması isə yazıçının  bir neçə dəfə imza atmağa məcbur edilməsinə və“kupinq” qurbanı olmasına bir sübutdur. AZENS.AZ Orucova Jalə 
Tweet