Emil Əfrasiyab

İlk dəfədir ki, bu səviyyədə aydın və asan sistemli saytla tanış oluram. Təbii ki, tez bir zamanda saytın böyük oxucu kütləsinin olmasına heç bir şübhə qalmır. Yadımdadır ki, bir neçə il öncəyə qədər biz informasiya əldə etmək üçün rus, Avropa saytlarına müraciət edirdik. Amma bu gün Azərbaycana məxsus saytlar var, təbii ki, çox asanlıqla gənclərimiz Azens.az saytından bəhrələnə bilərlər. İlk öncə saytın bu şəkildə aydın olması və Azərbaycanın sözün əsl mənasında elita və sənətindən asılı olmayaraq sevilən şəxsiyyətlərinin burada toplanması insanı cəlb edir.


Digər saytlarından fərqi odur ki, burada gənclərin fikrinə üstünlük verilir, onlar öz suallarına cavab tapa bilirlər. Hər bir vətəndaşın borcu Azərbaycanı lazımi səviyyədə təbliğ və peşəkar səviyyədə tərənnüm etməkdir.


Çox gözəl bir məqam yadıma düşdü, bu halla dəfələrlə rastlaşmışam. İmtahanda və dərsdə öz əsərlərimi nümayiş etdirərkən məndən bu sual iki dəfə soruşulur: " Where are you from?". Hər birinizə maraqlıdır ki, niyə məhz iki dəfə. Çünki əsəri ifa etməzdən əvvəl bir çoxunun ölkəmiz haqqında məlumatı az olur. Amma uğurlu ifadan sonra sual yenidən verilir və ölkəmizi daha dərindən tanımağa, mədəniyyət və incəsənətimiz barədə daha çox məlumat almağa can atırlar. Bu cür halları yalnız mədəniyyət və incəsənətdə deyil, bir çox müxtəlif sahələrdə yaşatmaq gərəkdir.


Fəaliyyətinizin və işlərinizin davamını görmək istəyirik. Sükanı belə saxlayın!

Tweet 8462