"Eramız" və "Eramızdan əvvəl"


 Elə həmin vaxtdan da “bizim era” anlayışı ortaya çıxmışdır.   Təxminən 1500 il bundan əvvəl Roma Papası I İohann skif əsilli monax-alim Kiçik Dionisiyə “Pasxa” bayramının qeyd olunması üçün tarixin təzədən, lap dəqiqliyi ilə hesablamasını həvalə edir. Qeyd etmək lazımdır ki, həmin vaxta qədər Avropada  illərin hesablanması Roma imperatoru olan bütpərəst Diolektianın hakimiyyətə gəldiyi ildən hesablayardılar. Bu da təxminən 284-cü ildən hesablanırdı.


  Xaçpərəst olan monarx Kiçik Dionisi isə bütün bu hesablamların üstündən xətt çəkərək, “Əhdi-əqiqi” əsas götürərək, illəri İsa Məsihin döğum günündən hesablamışdır. Bu hesablama “Dionisi sistemi” adlanır və monarx-alim bu sistemi 525-ci ildə tərtib etmiş, yaratmışdır. O zamandan indiyədək bütün dünyada bu hesablamadan istifadə olunur. Elə Avropada da VIII əsrdən başlayaraq tədricən bu sistemdən istifadə etməyə başlamışlar. Amma son vaxtlar mütəxəssislər belə hesab edirlər ki, Dionisi öz hesablamalarında təxminən 4 il yanlışlığa yol vermişdir. Buradan da belə nəticə hasil olur ki, hal-hazırda 2014-cü il deyil, əslində 2010-cu il olmalıdır.  


 VII əsrdən başlayaraq anqlosakson tarixçisi Beddin hesablamaları bütün dünyaya yayılmışdır. O, “Dionis sistemi”ni əsas götürərək, özünün “Dünyanın yaşının 6 həddi” sistemini onunla uyğunlaşdıraraq,  İsa Məsihin doğumundan əvvəlki illəri geriyə doğru hesablamışdır və buradan da “eramızdan əvvəl” anlayışı ortaya çıxmışdır. Beləliklə, Bedd öz hesablamalarında İsa Məsihin doğumundan sonrakı illəri - “bizim era”, İsa Məsihdən əvvəlki illəri isə -“eramızdan əvvəl” adlandırmışdır.  


 AZENS.AZ

Tweet 1047