"Eurovision Song Contest"in tarixi


 İlk dəfə 1956-cı il 24 may tarixində İsveçrənin Lugano şəhərində reallaşdırılan ilk gecədə Hollandiya, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya yarışdılar. Gecənin birincisi Lys Assianın söylədiyi "Refrain" mahnısı ilə İsveçrə oldu. Daha sonrakı illərdə 1957-ci ildə Hollandiya, 1958-ci ildə Fransa, 1959-cu ildə Hollandiya, 1960-cı ildə yenidən Fransa və.s. ölkələr birincilik əldə etdilər.


 Eurovision tarixində ən çox qalib olmuş ölkə İrlandiyadır, 7 dəfə qalib olub. Ən çox ev sahibliyi etmiş ölkə isə beş dəfə qalib olmuş Birləşmiş Krallıqdır. Ölkə səkkiz dəfə ev sahibliyi etmişdir. Günümüzə qədər iyirmi beş (25) fərqli ölkə yarışmada birinciliyi əldə etdi. İrlandiya yeddi dəfə yarışmada birinciliyi ən çox qazanan ölkə olarkən, Portuqaliya isə yarışmağa qatılan ən köhnə ölkələrdən biri olaraq birinciliyi heç vaxt əldə edə bilmədi.


 Eurovision Mahnı Yarışmasının yaranmasında əsas məqsəd ölkə televiziyaları arasında ortaq canlı veriliş yaratmaqdır. Eurovision hər il ortalama 400-600 milyon tamaşaçı tərəfindən izlənilməkdə və bu ədəd hər il gedərək artmaqdadır. Keçən il qazanan (ev sahibi ölkə üçün)  təkrar qazansa gələcək ilki yarışma ondan sonrakı ən yüksək ballı 4 Böyük ölkədən birində edilir. Yarışmada başqa sənətçilərə aid və ya daha əvvəldən ifa olunmuş mahnıların qatılmasına icazə verilmir. Bütün mahnılar söz və musiqi baxımından tamamilə xüsusi olmalıdır.


 Eurovision Mahnı Yarışması birinci olanlara beynəlxalq arenada özlərini tanıtmaları, kariyeralarını başlatmaları ya da davam etdirə bilmələri üçün bir fürsət təqdim etməkdədir. Lakin yarışmada birinci olanlar arasında çox az adam beynəlxalq şöhrət əldə etdi. Yarışmada əldə etdiyi birinciliklə parlayanlar arasında ən əhəmiyyətli yerə sahib olanlardan biri 1974-cü ildə İsveç üçün yarışmağa "Waterloo" mahnısıyla qatılan və birinciliyi əldə edən ABBA qrupudur. Digər ad isə 1988-ci ildə İsveçrə üçün "Nə partez pas sans moi" mahnısıyla yarışmağa qatılan və birinci olmasıyla beynəlxalq bir ulduz halına gələn Celine Diondur.


 Eurovisionun rekordunda ən çox balla birinci olmuş ölkə Norveçdir. 2009-cu ildə 387 balla Alexandr Rybak birinci oldu. Ayrıca 16 ölkədən 12 tam bal alaraq rekord qırdı.


 Azərbaycan da Eurovision tarixinə düşdü. Bizə bu sevinci 2011- ci ildə Eldar Qasımov və Nigar Camal tərəfindən ifa olunan “Running Scared”  mahnısı gətirdi. Eurovisionda dördüncü dəfə iştirak etməyimizə baxmayaraq ifaçılarımızın musiqi potensialları Avropaya Azərbaycanın zəngin musiqi diyarı olmasını sübut etdi. Qeyd edək ki, Azərbaycan müsabiqəyə 2008-ci ildən qatılır. İlk Eurovisin təmsilçimiz Elnur Hüseynov və Samir Cavadzadə olmuşdur.


 Azərbaycan teleməkanında Eurovision Song Contest ilk dəfə 2006-cı ildə yayımlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir ili tamam olmamış onlar bu müsabiqənin yayımçısı hüququnu qazanmışdır.


 AzEns.AZ

Tweet 1085