Everest kimin adını daşıyır?


  Corc Everest – ingilis geodezisti və coğrafiyaşunası olmuşdur. O, 1790-cı il iyulun 4- də Qvernveyldə (Uels) anadan olmuşdur. Kral Hərbi Akademiyasında təhsil almışdır.   16 yaşında təhsilini başa vurduqdan sonra onu Hindistana  göndərirlər. O, Hindistanda qeodeziya işləri ilə məşğul olur. Hindistanda bir müddət işlədikdən sonra onu Yava adalarına ezamiyyə edirlər. 1814 – 1816-cı illərdə Corc Everest Yava adalarında fəaliyyət göstərdikdən sonra onu yenidən Hindistanda işləməyə çağırırlar. O, yenidən Hindistanda geodeziya işləri ilə məşğul olmağa başlayır.


 1816-cı ildən isə Corc Everest Uilyam Lemptonla bərabər Hindistanın geodeziya xəritəsini çəkməyə başlayırlar. Uzun müddətli zəhmətlərdən sonra Corc Everestin rəhbərliyi altında Hindistanın geodezik və siyasi xəritəsi tam dəqiqliyi ilə tərtib olunur. O, həm də 1841-ci ildə Himalay dağlarının xəritəsini tərtib edir və dağın ən yüksək zirvələrini də (Comolunqma) bu xəritədə göstərir. Onu da qeyd etmək lazımdır ki,  Hindistanın hansı meridian dairəsində və hansı qurşaqda yerləşməsini ( 11 dərəcə 30’) ilk dəfə Corc Everest  müəyyən etmişdir. Bu coğrafiya tarixində  və xəritəşünaslıqda ən əhəmiyyətli və ən mühüm nailiyyətlərdən hesab olunur.  

 

 1843-cü ildə Corc Everestə polkovnik rütbəsi verilir. Bundan sonra o, təqaüdə çıxır və İngiltərəyə qayıdır. İngiltərəyə qayıtdıqdan sonra ailə qurur və 6 uşaq atası olur. 1861-ci ildə isə C. Everest Kral Coğrafiya Cəmiyyətinin vitse-prezidenti olur.  


 1852- ci ildə onun tələbəsi olmuş Enqrü Vo müəllimi C. Everestin tərtib etdiyi xəritələr əsasında dəqiqliklə müəyyən edir ki, Himalay dağlarının zirvələri dünyanın ən yüksək nöqtələridir. E. Vo Himalayın ən yüksək zirvəsinə müəlliminin adının verilməsinə qərar verir və bu barədə Kral Coğrafiya  Cəmiyyətində məsələ qaldırır. Cəmiyyətin bütün üzvüləri buna razı olsalar da, C. Everestin özü bunun qəti əleyhinə olur. Everestin narazılığına baxmayaraq, Kral Coğrafiya Cəmiyyətinin yekdil qərarına əsasən, zirvəyə Everestin adı verilir.  


 Nəhayət, 1865-ci ildə Himalay dağlarının ən yüksək zirvəsi olan Comolunmaya Corc Everestin adı verilir.   Görkəmli alim C. Everest 1866-cı il dekabr ayının 1-də dünyasını dəyişir. O, Qrinviçdə (İngiltərə) dəfn olunmuşdur.  


 Onu da qeyd etmək lazımdır ki, C. Everestin bacısı qızı məşhur riyaziyyatçı C. Bulun həyat yoldaşı və məşhur yazışı Etel Lilian Voyniçin anası olmuşdur.  


 AZENS.AZ

Tweet 1105