Güclülərin güclüsü - Oksford Universiteti


 Oksford Universiteti – bütün indilisdilli universitetlər arasında ən qocamanıdır. Bu Universitetin uzun və şöhrətli bir tarixi var. Universitet Britaniyanın Oksfordşir qraflığının Oksford şəhərində yerləşir və İngiltərənin ilk ali məktəblərindən hesab olunur.   Oksford Universitetinin tarixi XI əsrdən başlayır. Əslində isə Universitetin yaranma tarixini dəqiq söyləmək çox çətindir. Amma mənbələrə görə, hələ 1096-cı ildən bu universitetdə dərslər keçirilirdi.   Universitet 39 kollecdən və 7 məxfi təhsil müəssisəsindən ibarətdir. 1167-ci ildə Parisin Sorbonna Universitetindən xarici tələbələri sürgün edəndə, bu tələbələrin əksəriyyəti Oksford Universitetinə üz tutdu. Amma rəsmi olaraq, xarici tələbələr burada 1190-cı ildən təhsil almağa başlamışlar.   İngilisdilli aləmdə ən qocaman və Britaniyanın ilk Universiteti olan Oksford 1117-ci ildə ingilis ruhaniləri tərəfindən yaradılmış və ilk-öncə burada ruhanilərə təhsil verilmişdir. (O zamanlar ingilis ruhanilərinin əksəriyyəti savadsız idi).   Kral II Henrixin dövründə isə Oksford Universitetlər şəhərinə çevrilmişdir. Burada təhsil almaq  şərəf hesab edilirdi. Belə hesab edilir ki, “Oksford” – iki söz birləşməsindən yaranmışdır. Yəni “tanrı” və “bərə”- sözlərinin birləşməsindən, “Tanrı bərəsi” mənasındadır.   Oksford Universitetinin kolleclərindən ikisi ən qədimilərdəndir. Bunlardan Balliol kolleci - 1260-cı, Merton kolleci isə 1264-cü ildə təsis edilmişdir. Kolleclər təsisçilərin adı ilə adlandırılıb. 1-ci kollecin təsisçisi olan Con Balliol Şotlandiya kralının atası idi. Digər kollecin təsisçisi isə lord-kansler Uolter de Merton olmuşdur. O zamanlar Oksfordun ənələrinə əsasən, burada kollecləri ən mötəbər adamlar, hətta monarxlar təsis edirdilər. Kardinal Tomas Uolsi 1525-ci ildə açdığı kolleci öz adı ilə adlandırmışdı.  “İsa kilsəsi” kolleci – Oksfordda ən böyük və ən gözəl kollec hesab olunur. Ən təmtəraqlı kollec sayılan “Maqdalena” isə Çörçill çayı sahilindədir. Bu kolleci1458-ci ildə Vinçester kollecinin müəllimi təsis etmişdir. “Maqdalena” kolleci ilə üzbəüz Britaniyanın “Botanika bağı” yerləşir. Bu bağı 1621-ci ildə tibb kollecində təhsil alan tələbələr salmışdır.  Hal-hazırda Oksford Universitetində 18,5 min tələbə təhsil alır. Bunların 4/1 xaricilərdir. Universitetin rektoru ser Kris Pattendir. Universitetə qadınlar 1920-ci illərdən qəbul edilmişdir. O dövrlərdə qadınlar ayrıca dərs keçirdilər. 1970-ci ilədən isə qadınların ayrısa dərs alması, rəsmi olaraq ləğv edilmişdir.  Oksforda Universitetində qədim tarix; filologiya; linqvistika; fonetika; rəssamlıq və tətbiqi incəsənət; ingilis dili və ədəbiyyatı; orta əsr dilləri və müasir dillər; müasir tarix; müsiqi; fəlsəfə; incəsənət tarixi; tibb tarixi; antropologiya; arxeologiya; biokimya; riyaziyyat; biologiya; kimya; bitkilər haqqında elm; zoologiya; statistika; genetika; molekulyar tibb və s. bölmələr fəaliyyət göstərir.   Oksford təkcə universitet deyil, o həm də elmi – tədqiqat mərkəzidir. Oksfordda 100-dən çox kitabxana vardır, hətta Universitetin muzeyi də fəaliyyət göstərir. Oksford Universitetinin müəllim personalı 4 min nəfərdir. Bunların 70-i “Kral cəmiyyəti”nin, 100-ü isə “Kral Akademiyası”nın üzvüləridir. Tanınmış nazirlər, nazir maüvinləri, məşhur yazıçı və siyasətçilər, alimlər və filosofların əksəriyyəti Oksfordda təhsil alanlardır.   “Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı olan Tim Bernes – Li də Oksfordun məzunu olmuşdur. Məşhur və tanınmış adamların demək olar ki, çox qismi Oksford Universitetinin məzunları olmuşlar. Britaniyanın Baş Nazirlərinin 25-i Oksford Universitetini bitirmişlər.   Azens.az  Orucova Jalə
Tweet 7160