Günəş və Ay tutulması necə baş verir?


 İnsanlar, xüsusilə meteo-həssas insanlar, Günəş və Ay tutulmaları zamanı özlərini çox narahat hiss edirlər. Bəzilərinin qan və beyin təzyiqləri yüksəlməyə və hətta beyində qanaxmaya səbəb olur.  Hətta tam Ay tutulması zamanı belə, Yer kürəsi narıncı-qırmızı rəngdə olur. Yəni, Yer kürəsi tam zülmət qaranlığa qərq olmur. Bunun əsas səbəbi isə, atmosferin şüa sındırıcı şüalarının işığı sındıraraq, belə bir rəngin alınmasını təmin etməsindədir.



İlk Ay tutulması 1050-ci ilə məxsusdur. Bu hadisə Çində müşahidə edilib. Keçən əsrin ən uzunmüddətli Ay tutulması Filippində baş verilib. 20 iyun 1955-ci ildə müşahidə edilən tutulma, 7 dəqiqə 8 saniyə davam edib.

 

21-ci əsrdə ən uzun Ay tutulması, 2010-cu ilin yanvar ayında müşahidə edilib. Tutulmanın müddəti, 11 dəqiqə davam edib. Bu tutulma Cənubi Asiyada və tropik Afrikada müşahidə edilib. Növbəti ən uzun Ay tutulması isə, 3043-cü ildə gözlənilir.


Ay  və Günəş tutulması daha tez-tez baş verir. Lakin tutulmanın güclülüyü və bütün Yer kürəsinə təsiri çox nadir hallarda müşahidə edilməkdədir. Buna görə də, bu günə qədər yalnızca bir dəfə, dünyanın hər yerində tam Günəş tutulması baş verib.


Ay, Yer kürəsindən 400 dəfə diametrik Ay məsafəsində və Günəş uzaqlığı şəkilində tutulmaqdadır. Tutulmanın nə vaxt və hansı müddət ərzində baş verdiyi isə, riyazi hesablamalar vasitəsilə müasir dövrdə dəqiqliklə hesablanmaqdadır.


Günəş tutulması heyvanlara ciddi təsir göstərir. İtlər, Günəş tutulması zamnı qulaqbatırıcı şəkildə hürməyə, pişiklər miyoldamağa başlayır. Bəzən isə, pişiklər tənha yerlər axtarmağa və gizlənməyə üstünlük verirlər.

 

 Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur.    


 Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.  


 AZENS.AZ

Tweet 1525