Həbsxanalar necə yaranıb?


 Amma əvvəllər qazamatlar, həbsxanalar, zindanlar, düstaqxanalar heç də eyni ilə bu mədsədlər üçün istifadə edilməmişdir.   Neçə yüzilliklər bundan öncə həbsxanalarda rütbəli, vəzifəli və mühüm siyasi xadimləri saxlayardılar. Bu da onların törətdikləri əməllərin qisasını almaq və ya onun azadlığı üçün fidiyə (kiminsə azadlığa buraxılması üçün böyük məbləğdə pul) almaq üçün istifadə olunan gizli yerlər idi.   XIX əsrin lap əvvəllərindən başlayaraq həbsxanalar  günah işlədənlərin, təqsirkarların islah, təhsis olunması məqsədi ilə istifadə olunmağa başlandı. Bu vaxta qədər isə, qanunu pozanlar, təqsirkarlar yalnız məhkəməyə qədər  həbsxanalarda saxlanılırdı. Belə ki, məhkəmə qərarından sonra təqsirkara hansı cəza verilirdisə, elə həmin andaca məhkəmənin qərarı yerinə yetirilirdi. Təqsirkarlar cəzalarını həbsxanalarda çəkmirdilər. Məhkəmə hansı qərarı verirdisə, təqsirkar da o qərara uyğun olaraq cəzalandırılırdı: ya çubuqla döyülür, ya başqa bir cismani cəzaya məruz qalırdı, ya  cərimə olunurdu, ya da ki, edam edilirdi.   Tədricən insanlar anlamağa başladılar ki, hər hansı bir qəddarlıqla, zalımlıqla, amansız olmaqla cinayətin qarşısını almaq mümkün deyil. Bu səbəbdən də, həbslər birbaşa edam və cismani cəzalarla əvəz edilməyə başlandı.   Böyük Britaniyada və Avropanın başqa ölkələrində 1550-ci ildən başlayaraq “işverən, işə götürən evlər”, “islahedici evlər” yarandı. Bu yerlərdə dilənçilər, yoxsullar, sərsəri, səfil, avaralar, əyyaş, içki düşgünü, borcu olanlar və xırda günah işlədənlər saxlanılırdı. Bəzi hallarda bu yerlərdə qatı cinayətkarlar və uzun müddətli həbs cəzasına məhkum olunanlar da saxlanılırdı. Bu isə digərləri üçün heç də təhlükəsiz deyildi. Bu səbəbdən də qatı cinayətkarlar üçün ayrıca həbsxanalar yaratmaq məcburi idi və bu cür həbsxanalar ciddi mühafizə olunmalı idi. Həmin vaxtlardan başlayaraq cinayətkarlar və uzunmüddətli həbsə məhkum olunanlar üçün xüsusi həbsxanalar yaradıldı və ciddi mühafizə olundu.   O dövrlər cinayətkarlar üçün yaradılan xüsusi həbsxanalar adamların saxlanılması üçün heç də münasıb bir yer deyildi. Çünki bu həbsxanalar çox natəmiz, çirkli, qaranlıq və çox soyuq olurdu. Yemək və həkim nəzarəti, demək olar ki, yox dərəcəsində idi. Digər tərəfdən isə bu həbsxanalarda istər qatı cinayətkar olsun, istər adi qanun pozan, istər cavan, istər qoca, istər xəstə - hamı bir yerdə saxlanılırdı. Həm də bu həbsxanalarda heç bir islahedici proqramlar həyata keçirilmirdi və həbsdə olanlara heç bir iş verilmirdi. Cinayətkarlar işsiz otururdular.   XVIII əsrin sonlarından başlayaraq camaat həbsxanalarda şəraitin yaxsılaşdırılması tələbi ilə çıxışlar etməyə başladılar. Həmin vaxtdan həbsxanalarda şəraitin yaxşılaşdırılması ilə bağlı irəliləyişlər olmağa başladı. Həbsxanalarda şərait yaxşılığa doğru tədricən irəliləməyə başladı. Belə bir ideya irəli sürüldü ki, həbsxana  - orada cəza çəkənlərin həyatında tərbiyəvi rol oynamalıdır və orada olan cinayətkarların düz yola qayıtmasında əhəmiyyətli bir rolu olmalıdır. Hətta sonralar həbsxanalarda  həbs olunanların sağlamlığını nəzarət altında saxlamaq üçün tibbi personallar, təhsili yarımçıq qalanlar üçün pedoqoji personallar və hətta psixoloqlar da fəaliyyət göstərməyə başladı.   Qeyd etmək lazımdır ki, dünya üzrə ən dəhşətli (pis mənada) həbsxanalar içərisində birinci yeri Braziliyanın San–Paulu şəhəri yaxınlığında yerləşən “Carandiru” həbsxanası tutur. 2010-cu ildə burada mühafizəçilər və cəzaçəkənlər arasında baş verən toqquşma nəticəsində 102 nəfər həlak olmuşdur. Cəzaçəkənlər həbsxanadakı dözülməz vəziyyətə etiraz edirdilər. Belə ki, bu həbsxanada demək olar ki, tibbi personal olmayıb, hətta həbsdə olanları cərrahiyyə əməliyyatı zamanı narkozsuz əməliyyat edirlərmiş.   AZENS.AZ
Tweet