Hammurapi qanunları


 Babil hökmdarı Hammurapi ( e.ə. 1792–1750-ci illər) yaratdığı qanunlar toplusunda özünü əbədiləşdirmişdir. Bu qanunlar qara bazalt üzərində yazılmış və bizə 1902-ci ildə gəlib çatmışdır. 


 Qədim Babil qanunları yazılmış daş kitabə konus formalıdır, özündə 282 paraqrafı əks etdirir və hündürlüyü 2,25 sm, ağırlığı 4 tondan artıqdır. Bu qədim kitabə Suza şəhərində aparılan arxeoloji qazıntılar zamanı 3 hissəyə parçalanmış halda fransız misirşünası Jak de Morqan tərəfindən tapılaraq aşkarlanmışdır.


 Bu kitabə - üzərində “ər”, “arvad”, “kişi”, “qadın”, “nigah”, “ailə”, “xəyanət”, “boşanma”, “uşaq”, “övlad” sözləri rast gəlinən bəşər tarixinin ən qədim sənədlərdən hesab edilir. Bu qədim kitabədə üzərində yazılmış “Hammurapinin qanunlar toplusu”nda “nigah” sözünə - 13 dəfə, “kişi” sözünə - 44 dəfə, “arvad” sözünə - 67 dəfə, “xəyanət” sözünə - 3 dəfə, “boşanma” sözünə - 3 dəfə, “ailə” sözünə dəfələrlə rast gəlinir. Bu kitabədə “seks” sözü ümumilikdə, heç işlədilməmişdir. 

 Baxaq görək “Hökmdar Hammurapi qanunları” özündə nələri əks etdirir:


 Nikah: Hammurapinin məcəlləsində nikahla bağlı çox maraqlı məlumatlar var. Belə ki bu məcəlləyə əsasən, nikah bir başa deyil, dolayısı ilə müəyyənləşdirilir. Belə ki, 128-ci paraqrafda deyilir ki, - “əgər kişi qadınla evlənibsə və onunla nikah müqaviləsi bağlanıbsa, qadın onun arvadı hesab edilmir. Nikah – kişi və qadın tərəfindən müqavilə əsasında yaradılır və bundan sonra kişi – “ər”, qadın isə - “arvad” adlandırılır. Kişi və qadının cəmiyyətdə ər-arvad hesab edilməsi üçün isə bir neçə şahidin iştiraki ilə onların ər-arvad olması “nikah müqaviləsi” formasında qanunlaşdırılmalıdır. 

4000 ilə yaxın yaşı olan bu nikah qanunu hal-hazırkı müasir dövrdə də işləkdir. Amma müasir zamanda bu qədim qanuna bir çox əlavələr edilmişdir. Belə ki, indiki zamanda nikah - tək kişi və qadın arasında deyil, həmcins olanlar arasında da bağlana bilər və nikah – monoqamiya və sadiqlik əsasənda, xəyanət olmadan deyil, ərin razılığı ilə arvadın başqa kişi və ya qadınlarla, arvadın icazəsi ilə ərin başqa qadın və ya kişilərlə cinsi əlaqədə olmasına icazə verilir. Bu cür nikahlar “açıq nikah” (“open marriages”) adlandırılır. 

 

 Doğulmamış uşaqlar: Hammurapi qanunlarında dünyaya gələcək uşaqlara çox dəyər verilirdi. Belə ki, hamilə olan azad qadına kimsə hücum edib, zor tətbiq edərsə, bununla da, onun bətnindəki uşağa zərər yetirərsə, həmin adam cinayətkar hesab edilərək, cinayət məsuliyyətinə cəlb olunmalı idi və bununla bərabər 10 sekla (o dövrdə çox böyük bir məbləğ idi) cərimə ödəməli idi (paraqraf 209).

 Hammurapinin qanunlar toplusunda hamilə qadınlara yetirilən xəsarətlərlə bağlı bir çox ciddi cəzalar mövcud idi. Ən ağır cəza hamilə qadına yetirilən xəsarət zamanı bətnində olan uşağın ölməsi idi. Belə olan halda cinayətkar ən ağır cəza almalı və ən ağır cərimələr ödəməli olurdu.


 Boşanma: Hammurapi qanununa əsasən, boşanmaya müəyyən edilmiş hallarda icazə verilirdi. Müəyyən edilmiş bəzi hallarda isə icazə verilmirdi. Məsələn: əgər arvan xəstədirsə və ər arvadından boşanmaq istəyirsə (və yaxud da əksinə), belə olan halda kişi (və ya arvad) qətiyyən boşana bilməz və həyat yoldaşına ömrünün axırına qədər baxmalıdır (paraqraf 148). 

 Hammurapi qanunlarına görə, əgər ər arvaddan boşanardısa, o zaman kişi əmlakının, mal-dövlətinin və məhsulunun muəyyən bir hissəsini arvada verməli idi ki, arvad uşaqlarını saxlaya bilsin.


 Hammurapinin bu gün üçün aktual olan qanunlar toplusu: Müasir nikah qanunları ideoloji və praktiki olaraq, 4000 ilə yaxın bir tarixi olan “Hammurapi qanunları”nın tam əksidir. Əgər o dövrün adamları bilsələr ki, indi eyni (hər iki cincə də) həmcinslərin evlənməsinə icazə verilir, onlar qəbirlərində ağzı üstə çönərək, qəbrin içində od tutub yanarlar. Amma müasir dövr üçün bu cür nikahlar adi bir hal  hesab edilir.


 Hammurapinin qanunlar toplusu bəşəriyyət tarixində nikah və ailə institutunun ilki hesab edilir. Bu institutun adı Rumıniya Konstitusiyasının 48 maddəsində çəkilir və 2006-ci ildən Rumıniyada 3750 il bundan əvvəl yazılmış “Hammurapinin nikah qanunları”nın ölkə Konstitusiyasında qorunub saxlanılmasını müdafiə edən Rumıniya Ailələr Cəmiyyəti fəaliyyət göstərir.


 AzEns.AZ


Tweet 67