Hicabın əsl yaranma tarixi


 İslam dini zühür etməmişdən öncə bəzi xalqlar ve dinlər arasında, o cümlədən Qədim İranda yahudi dinində və böyük ehtimalla hind xalqı arasında hicab mövcud olmuşdur. Hətta bu hicabın olduqca çətin və sərt qanunların olmuşdur. Amma islamdan öncə ərəblar arasında hicab olmamış və islam dini vasitəsi ilə kamilləşmişdir.


 Əsl hicab  Şəriət alimlərinin hicab haqqında fikirləri müxtəlifdir, onlar nəyin əsl hicab hesab olunması haqqında bir çox fikir söyləyirlər. Şəriət alimlərinin fikrincə, bir neçə qaydalara uyğun olaraq müsəlman qadınının geymini hicab adlandırmaq olar:


 1. Geyim qadının bütün bədənini örtməlidir, əl və başdan başqa (bəzi alimlər isə deyir ki, ayağın lap aşağı hissəsi də açıq ola bilər).

 2. Geyim bədənə çox sıx yapışmamalıdır, əsasən də, sinə, kürək və bel hissələri.

 3. Geyim şəffaf parçadan tikilməməlidir, çünki bu cür parçalardan tikilən paltarlarda bədən cizgiləri çox aydın görsənir.

 4. Qadın geyimləri kişi geyimlərinə bənzəməlidir.

 5. Geyim ətir hopmuş, al-əlvan və zınqırovlu, parıltılı dekorativ elemenli olmamalıdır.


   “Hicab” ərəbcədən tərcümədə pərdə, örtük, arakəsmə deməkdir. Əvvəlcə hicab örtmək Məhəmmədin zövcələrinə əmr edilmişdi, sonra isə bütün müsəlman qadınlarına şamil edildi. Nur surəsi 31-ci ayətdə və Əhzab surəsinin 59-cu ayətlərin enməsiylə müsəlman qadınlara Allah tərəfindən əmr olunub.

 

 İlk dəfə olaraq hicabdan nümayişkaranə surətdə Misirdə XIX əsrin 70-ci illərində imtina edilmişdir. Azərbaycanda bu proses XX əsrin əvvəllərində baş vermiş, bu hadisəylə əlaqədar sovet dövründə çadrasını başından atan qadın təsvir olunan "Azad qadın" heykəli ucaldılmışdır.


 AzEns.AZ  

Tweet 1110