«Hippokrat andı» nədir?


 Böyük alim tibbi məbəd təbabətindən ayırmış, onu sərbəst fənn kimi inkişaf etdirmişdir. Hippokrata görə, həkim xəstəliyi deyil, xarici mühiti, orqanizmin fərdi xüsusiyyətlərini nəzərə alaraq xəstəni müalicə etməlidir. O, xarici mühit amillərini (iqlim, su, torpaq, insanların həyat tərzi, ölkələrin qanunları və s.) insana etdiyi təsir nöqteyi-nəzərindən ayırmışdır. Xəstəliklərin əmələgəlmə mərhələlərini də müəyyən etmiş, diaqnostika məsələlərini aydınlaşdırmışdır.


 Həkimin mənəvi davranış normaları və həkim andı - “Hippokrat andı” Hippokrata istinad edilir. Həkim andının – yəni “Hippokrat andı”nın ilk variantı hələ Qədim Misirdə mövcud idi. İstedadı, nəcibliyi, insanpərvərliyi, fədakarlığı və andı Hippokratı əsrimizə qədər yaşadan keyfiyyətlərdəndir.  


 Hippokratın: - “Kim xəstəliyə məğlub olubsa, təbabət ona əl uzatmır” – müdrik kəlamı əbədi olaraq aforizmə çevrilmişdir.  


 Azens.az/ Orucova Jalə

Tweet 1080