Hitlerin əsl soyadı necə idi ?


 Hitlerin əsl soyadının necə olduğu və onun geneoloji kökləri bugünki gün artıq heç bir mübahisə doğurmur. Amma bir vaxtlar Hitlerin soy kökü haqqında müxtəlif versiyalar yaranmışdı. Bu versiyalardan biri də Hitlerin yəhudi əslli olması idi. 


 Hitlerin geneoloji kökləri

 O zamanların rəsmi siyahıya alınması göstərir ki, Adolf 1889-cu ilin aprel ayında Avstriyada anadan olmuşdur. Belə bir versiya da var idi ki, Adolfun atası Aloiz Şiklqruber nigahdan kənar doğulan uşaq olmuşdur və o, 14 yaşınacan anasının soyadını daşımışdır. Sonra onun anası İ.Q. Hitler adlı (sonralar bu soyad bir az dəyişikliyə uğramışdır) birisinə ərə getmiş və bu soyad altında Aloiz öz gəncliyini yaşamışdır. Adolf isə tam hüquqlu Hitlerlər ailəsində dünyaya gəlmişdir. 


 Adolfun atalığının soy kökü çex əsilli yəhudilərdən idi. 1928-ci ildə aparılan tədqiqatlara görə, belə bir nəzəriyyə meydana çıxmışdır ki, olsa-olsa Adolfun babası yəhudi ola bilər. Hitlerin siyasi rəqibləri bu teoriyanı böyük həvəslə təsdiqləməyə çalışırdılar ki, bu da onun siyasi fəaliyyətinə (SS üzvü olmasına) kölgə salmaq üçün edilirdi. Alman fürerinin bioqrafiyasında olan boşluqlar bu teoriyanın özünü doğrulmasına imkan yaradırdı. Amma gizli arxivlərin açılmasından sonra tarixçilər bu qənaətə gəldilər ki, Hitlerin əslində yəhudi kökü ilə heç bir bağlılığı yoxdur. Bu versiya hal-hazırda da əsas götürülür və Hitlerin yəhudi əslli olması tamamilə inkar edilir. Gizli sənədlərin açılaraq öyrənilməsindən sonra Hitlərin əsli-nəcabəti bir neçə nəsillər əvvəldə belə yalnız avstriyalılardan ibarət olduğu dəqiqləşdirilmişdir. 


 Sosial mənsubiyyəti

 Hitler öz uşaqlığı haqqında həmişə həvəssiz danışardı. Onun ailəsinin heç bir fərqli xüsusiyyəti yox idi. Anası evdar qadın idi, atası isə dövlət məmuru. Hitlerin ambisiyalarını nəzərə alsaq, sosial status onun həyatında böyük rol oynamışdır.


 Onun ata tərəfindən olan bütün əcdadları kəndlilər idi. Onun sosial statusu haqqında məlumatlar həm özü, həm də onun ətrafında olanlar tərəfindən həmişə gizli saxlanılmışdır. 


 Verner Mazerin yazılarında Hitlerin necə özünü “yüksək”lərə qaldırması haqqında bir çox maraqlı yazılara rast gəlmək mümkündür. Belə ki, Adolf yəhudiləri həmişə “aşağı” irq hesab etməklə, özünün əsasən yəhudilərlə, ümumilikdə isə, heç bir qan qarışığı olmadığını sübuta yetirməyə çalışmışdır. Bir çox müasir tarixçilər təsdiq edirlər ki, onun öz irqini hamıdan yüksəkdə tutması natamam komplekslərin formalaşmasına şərait yaratmış və sonda faciyəvi bir sonluğa gətirib çıxarmışdır.


 AzEns.AZ

Tweet 196