I Pyotrun qalibiyyət əhvalatı


 Bu əhvalat I Pyotr və II Yekaterinanın hakimiyyəti dövrlərinə təsadüf edir.

 Deyilənə görə, II Yekaterina hər hansı bir sərəncam və ya qərar çıxarmamışdan əvvəl, öz əcdadlarının vaxtilə verdikləri qərar və sərancamları arxivdən tapdırar, onları diqqətlə oxuyar, onlara ya müəyyən dəyişiklər və ya əlavələr edərək, öz dövrünə uyğunlaşdırdıqdan sonra sərəncam verər, qərar çıxararmış.

 Əhvalat belə olmuşdur:
 I Pyotrun hakimiyyəti dövründə, Rus ordusu Narva yaxınlığında gedən döyüş zamanı İsveç ordusuna məğlub olaraq, bütün ağır silahlarını- toplarını itirir. Bu zaman I Pyotr Novqorodda öz iqamətgahında oturub, müdafiənin möhkəmlənməsinə rəhbərlik edir və yenidən top-tüfənglərin hazırlanması üçün dəmir-poladın haradan və necə əldə ediləcəyi barədə düşünürdü.

 Səhər tezdən I Pyotra xəbər çatdırırlar ki, kasıb görkəmli, içki düşgününə bənzəyən bir nəfər onunla görüşüb söhbət etmək üçün çox təkidlə izin istəyir. O vaxtlar, qayda belə idi ki, əgər hökmdarla görüşürsənsə, ağlabatan bir şey dedinsə, mükafatlandırılırsan..., yox, əgər ağlabatan bir şey demirsənsə, ya cəzalandırılacaqsan, ya da ki, zindana salınacaqsan. Saray qulluqçuları bu haqda kasıb görkəmi olan adamı xəbərdar etdikdən sonra onu çarın hüzuruna gətirirlər. Çar baxır ki, bu adam  çox kasıbdır və içki düşgününə bənzəyir. Çar deyir:

 - “De görüm mənə nə deyəcəksən?”.

 Kasıb görkəmli adam onun qarşısında boyun əyərək deyir:
 
 - “Bilirəm, döyüşdə bütün top-tüfənglərini itirmisən. Yeni top-tüfəng istehsalı üçün dəmir poladı haradan və necə əldə edəcəyin haqda fikirləşirsən. Bu işdə sənə kömək etmək istəyirəm.

 Çar ona baxaraq, deyir: - “ Sənə baxıram, sən heç özün üçün bir gün ağlaya bilmirsən, mənə bu işdə nə köməklik edə bilərsən ki???

 Kasıb görkəmli adam deyir:

-  Hörmətli çar həzrətləri, hər seyimi içkiyə qurban vermişəm, borca düşmüşəm. Indi isə sərxoşluqdan sonra başım bərk ağrıyır, əmr edin mənə içməyə bir şey versinlər.

 Çar əmr edir ki şərab gətirsinlər. Kasıb içki düşgününə bir şişə şərab gətirirlər. O, şərabı içdikdən sonra xahiş edir ki, birini də gətirsinlər. Kasıb içki düşgünü şərab dolu ikinci  şişəni də bir nəfəsə başına çəkir. Çar ona xəbərdarlıq edərək deyir:

 - Bax..., əgər mənə ağlabatan, ağıllı bir şey söyləməsən, məni aldatmağa çalışsan, buna başınla cavab verəcəksən! 

 Kasıb görkəmli içki düşgünü çara yaxınlaşaraq deyir: - Çar Həzrətləri, sizə elə bir sey söyləyəcəyəm ki, bu sizin yeganə xilas yolunuz olacaq. Mənə yaxşı-yaxşı qulaq asın... Sizin top-tüfəng düzəltmək üçün dəmir-poladınız həddindən artıq çoxdur... Amma siz onu haradan və necə əldə etmək haqqında fikirləşməkdən yorulmusunuz.  Fikir verin, ölkənizdə nə qədər kilsə zəngləri var. Əmr edin, onların hamısını çıxarıb əritsinlər və top-tüfəng düzəltsinlər. Əgər bunu etməsəniz, məğlub olacaqsınız və  isveçlilər də kilsə zənglərinin hamısını çıxarıb özləri üçün istifadə edəcəklər. 

 Bu söz I Pyoturun ağlına batır və həmin saat əmr edir ki, tək Novqorodda deyil, bütün Rusiyada kilsə zənglərinin hamısını çıxarıb əritsinlər və top-tüfəng hazırlasınlar. 

 Bu əmr yerinə yetirildikdən sonra, yaxşı silahlanmış Rus ordusu Poltava yaxınlığında isveçliləri məğlubiyyətə uğradır və qələbə qazanır. 

 Kasıb və içki düşgünü olan həmin adama isə ticarətlə məşğul olmaq üçün çox yaxşı şərait yaradılır. I Pyotr hakimiyyətdə olduğu dövrdə həmin adam Novqorodun ən məşhur və ən imkanlı tacirlərindən biri olur.

  I Pyotrun vəfatından sonra həmin adamı yerli dindarlar,  bütün ailə üzvləri ilə birlikdə Volxov çayında batırırlar. 

 Bu əhvalatdan 60 il sonra, II Yekaterinanın hakimiyyəti dövründə çariçaya Novqorodun kilsə xadimləri tərəfindən yazılmış məktub təqdim olunur. Məktubu gətirənlər kilsə keşişləri olur. Məktubda deyilirdi:”- Əlahəzrət çariça, sizin əcdadınız olan I Pyotrun hakimiyyəti dövründə Novqorodun kilsə zəngləri əridilərək top-tüfəng hazırlanması üçün istifadə olunmuşdur. Və I Pyotr gələcəkdə zənglərin yenidən hazırlanaraq kilsələrə qaytarılacağına söz vermişdir. O vaxtdan indiyədək zənglər hazırlanıb kilsələrə qaytarılmamışdır. İndi sizdən xahiş edirik ki, əcdadınız olan I Pyotrun verdiyi sözü siz yerinə yetirəsiniz”. 

 Bu məktubu oxuduqdan sonra II Yekaterina əmr edir ki, I Pyotra məxsus sənədlər arasında belə bir sənəd varsa, təcili tapıb gətirsinlər. Sənədi təcili olaraq arxivdən tapılır. II Yekaterina sənədi açıb oxuyur. Sənəddə  bircə cümlə yazılmışdı, o da çox əcaib bir söyüş idi. 

 Yekaterina sənəddəki cümləni oxuduqdan sonra, məktubu ona gətirən kilsə xadimlərinə üzünü tutaraq  deyir: “- I Pyotrun sizə  verəcəyi şeyi, mən qadın olduğuma görə sizə verə bilmərəm.”   



AzEns.AZ/ Orucova Jalə
Tweet 1030