Insanlar niyə solaxay olurlar?


XIX əsrin əvvəllərində solaxaylar ağılsız kimi göstərilirdilər. XX əsrin sonunda isə tamam başqa bir nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğunu nəzərə alaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır. Solaxaylıq irsən keçən psixi hərəkət hesab olunur. Hətta kral ailəsində solaxaylar ana - kraliçə, kraliçə II Yelizaveta, şahzadə Çarls və şahzadə Uilyam sayılır. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər. Ekstrasenslərin çoxu solaxaylardır. Solaxaylar adətən geniş fantaziyalara, həssas musiqi duyumuna və güclü yaddaşa malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.  Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir. Solaxaylarda beyinin sağ yarımkürəciyilə, sol yarımkürəciyi arasındakı əlaqə daha sürətlidir. Bu da o deməkdir ki, solaxaylarda məlumat daha sürətlə ötürülür ki, bu da onları  işdə daha çox faydalı edir. Deyilənlərə görə, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.  Azens.az saytının məlumatına görə, qədimdə solaxaylara qarşı çox etirazlar olub. Xaçpərəstlər üçün solaxaylıq iblislik əlaməti idi. Bir çox İslam ölkələrində “natəmiz” sayılan sol əllə yemək bəyənilmir, belə ki, sol əl defekasiyadan (təbii ehtiyacları ödədikdən) sonra bədənin təmizlənməsində istifadə olunur. Eləcə də Səudiyyə Ərəbistan kimi İslam ölkələrində sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır.  Məşhur solaxaylar: Janna D`ark, Yuli Sezar, Albert Enşteyn, Mark Tven, Barak Obama, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Leonardo da Vinçi.  Dünyada yaşayan solaxaylar hər il avqustun 13-də Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Tweet 5693