Internetə yüklənmiş ilk şəkil hansı olub?

 Qeyd edək ki, ilk saytı da CERN şirkətinin işçisi yaratmışdır. Sayt info.cern.ch adını daşıyır. O, 1991-cı il 6 avqustda tarixə düşərək ilk Web sayt yaradıcısı oldu.  Azens.az saytının məlumatına görə, "internetin atası" sayılan Tim Berners Li həmin dönəmdə CERN laboratoriyasında çalışırdı. Berns və onun qrupu internet şəbəkəsini yoxlamaq üçün bu fotonu ilk dəfə dünya veb şəbəkəsinə yükləmişdilər.  Layihədə çalışmış Jan-Fransua Qroff danışır: "Rəhbərliyi CERN-in internetə qoşulmasına razı salmaq üçün virtual şəbəkənin nə qədər xeyirli olduğunu göstərməliydi. Bu səbəbdən də internetə yalnız ciddi kontent yükləmişdik. Lakin sonra qərara gəldik ki, əyləncəli nə isə edək".  Fotonun "Photoshop"da işlənmiş versiyasının üzərində ""Les Horribles Cernettes" (CERN-in qorxunc qızları) yazılmışdı.
Tweet