Kəbəyə qalxan ikinci şəxs - Şeyx Şamil

Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq müharibələrinin ən möhtəşəmlərindəndir. Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda kifayət qədər mahir idi. Əvvəlki adı Əli idi, amma arıq və cılız olduğuna, daim xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib dayısının adını - Şamil qoyurlar ki, onun kimi sağlam və igid olsun. 1859-cu ildə ruslara əsr düşən Şamil Peterburqa göndərilir. Oğlu Qazı Məhəmməd, bir neçə müridi də onunla bərabər gətirilmişdir. Əsir Şamilin yanına pristav təyin olunmuş polkovnik Runovski bütün günü camaatı sakit etməkdən əldən düşürdü. Hamı Şamili görməyə, onun geyiminə, davranışına, hərəkətinə tamaşa etməyə can atırdı.  Deyilənə görə, Şeyx Şamilin zəngin kitabxanası varmış. Kiabsız dolaşa bilməyən Şamil kitablarını on qatıra yükləyərək iyirmi beş il yurddan-yurda daşıyırdı. Şeyx Şamil Kaluqada bir müddət əsir kimi yaşamış və burada milli azadlıq qəhrəmanlarına qarşı böyük hörmət görmüşdür. Nə qədər hörmət görsə də, bu «Hürriyyət Qartalı» dustaqlığa dözə bilməmişdi. On illik əsarətdən sonra Sultan Əbdüləzizin köməyi ilə oğlu Qazı Məhəmmədi girov qoyaraq Həccə getmək üçün rus çarından icazə almışdı. Şeyx Şamil Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhli bu böyük insanı böyük məhəbbətlə qarşılamışdı.  Məkkəyə yetişəndə on minlərlə Həcc əhli onu görmək üçün hərəkətə gəlmiş, Şamili Kəbənin üstünə qaldırmışdılar. Bu, Həzrəti Əlidən sonra ilk dəfə İmam Şamilə qismət olan şərəf idi. Məkkədə olarkən Şamil tamam əldən düşmüş, böyrəklərindəki daş ona ağrılar verirdi. Şamil 1871-ci ildə dünyaya gözlərini yumdu.  Həzrəti Əlidən sonra Kəbəyə qalxan yeganə şəxs İmam Şamil olmuşdur. Şeyx Şamil yaşadığı həyat boyu bir neçə dəfə evlənmişdir. Şamil imam – yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi. 1834-1859-cu illərdə Dağıstan və Çeçenistanın III əmiri idi.  AZENS.AZ
Tweet