Kleopatranın gözəllik sirləri


 Son Misir kraliçası və firon Kleopatra öz gözəllik sirrini əsrlərdir qoruyub saxlamağı bacarır. Kleopatra öz dövrünün ən böyük torpaqlarına sahib olması ilə yanaşı, göxəlliyinin də vurğunu idi.


  5000 il əvvəl qədim misirlilər sürmədən yalnız gözəl görünmək üçün istifadə etmirdilər. Onlar bu kosmetik məhsuldan bir sıra fərqli məqsədlər üçün də yararlanırdılar.  

  Öz dövrünün ən məşhur gözəl qadınlarından olan Kleopatra gözlərinin üstü üçün yaşıl mineraldan, altı üçün isə tünd mavi və qızılı parıltılı boyadan istifadə edirdi. Qaşlarını boyayır və kirpiklərini sürmə vasitəsilə uzadırdı. Dodaqları üçün isə qırmızı torpaqdan hazırlanan boyadan istifadə edirdi. O, dırnaqlarını boya funksiyasını yerinə yetirən həna ilə boyayırdı. Bəzən ovuclarının içərisinə hənadan müxtəlif şəkillər çəkdirirdi.


  Kleopatra e.ə. I əsrdə hakimiyyətə gələndə misirli qadınların dolablarında süxur, torpaq və minerallardan əldə olunan rəngarəng göz boyaları var idi. Belə ki, göz ətrafına çəkilən tünd rəngli boyalar gözləri kəskin işıqdan qoruyurdu. Məlum olan ilk göz sürməsi minerallardan əldə edilən tünd yaşıl rəngli məcun şəklində olub.  


 Arının bal mumunu qatran ilə qarışdıraraq saç losyonu olaraq istifadə edirdi. Kleopatranın sabunları bir iki dənə əhəng daşı və bitki yağı ilə qarışdırılıb hazırlanırdı. Kleopatranın gözəlliyinin əsas sirri onun südlü vannada çimməsi idi. Xüsusilə keçi südünü seçən Kleopatra dəqiqələrlə süd vannası qəbul edirdi.  


 AZENS.AZ

Tweet 1089