Koko Şanelin 7 əsas həyat üsulu


 1. Qabriel (Koko) Şanel hər səhər yeni dünyaya gəlmiş kimi oyanardı. HƏMİN GÜN KEÇMİŞİNDƏ HEÇ BİR ŞEY BAŞ VERMƏMIŞ KİMİ YAŞAYARDI. Onun uşaqlığı və gəncliyi çox sıxıcı və mənasız keçib. Yalnız buna baxmayaraq, o yaddaşından bütün bu günləri silə bilirdi. O öz gününü yeni fikirlərlə və gələcək bioqrafiyasını yazmaqla keçirirdi — dünəni yox bugünü və sabahi düşünməklə....  


 2. Həyatında olan maneələr onu fikrindən ayırmırdı. Düşünürdü ki, MANEƏLƏR ONUN DAHA DA YOLUNU AÇIR. İlk işində o dərzilikdən heç nə bilmirdi. Nəyi necə edəcəyini...... Şanel  tam təcrübəsiz idi. İlk dərziliyini kişi cersisi (cersi — toxunma ipək, yun və s. parça və bu parçadan tikilən paltar) üzərində apardı. O tikmirdi və çəkmirdi. Sadəcə parçanı manekenin üzərinə qoyub müəyyən formada kəsirdi. O dövrlərdə qadınların saçlarının uzun olması şərt idi. Birgün Şanelin qaz kolonkasından saçı yanır və uzun saçlarını kəsmək məcburiyyətində qalır. Saçlarının qısa olması onu heç də utandırmır. Və bununla da, 1917-ci ildə dəbə gödək saç fasonları gəlir.  


 3. ŞANELİN ƏTRAFINDA HƏR INSAN OLA BİLMİRDİ. Yalnız yaxın dostları onun yanında olurdu. O təsadüfə inanmırdı, buna görə də həyatında təsadüflər az baş verirdi. Dali,  Kokto, Pikasso, Dyaqilev, Stravinskiy — onun uşaqlıq dostları idi.  


 4. Sevgi Kokonun məktəbi idi, sevgililər isə Universiteti. ŞANELİN ÜSTÜNLÜKLƏRINDƏN BİRİ DƏ ONUN ƏKS CİNSİ MARAQLANDIRA BİLƏCƏK XARAKTERLƏRİNİN OLMASI İDİ. Onun aşıqləri çox olub: Böyük knyaz Dmitriy, şair Pyer Reverdi, Pol İrib və.s. At sürməyi, ingilis dilini, ovçuluq etməyi, tennis oynamağı Şanel öz aşiqlərindən öyrənmişdi. Həyatında önəmli şəxs olan Ernest Bo onun «Chanel № 5» ətirini yaratmaqda yardım edir.  


 5. Koko Şanele qədər qara rəng bədbəxtlik və matəm rəmzi kimi hesab olunurdu. O səbəbsiz geyinilmirdi. Amma Şanel qara rəngin daha qlamurlu və gözəl olduğunu elan etdi. O DÜNYAYA ƏKSƏRİYYƏTİN BAXDIĞI GÖZLƏ BAXMIRDI. Şanelin dəbində qara rəngin öz özəlliyi var. Və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb.


 6. AZADLIQ ONUN DAXİLİ, HƏYATININ AKSİOMU İDİ. Eşq həyatında belə o çox azad və sərbəst görünürdü. Gecə gəzmələr, içki, sigar...... Ətrafındakılar onun sayəsində dəbdəbəli yaşayırdılar. Şanelin fikrincə, xərcləmək onu utanmaqdan azad edirdi.  


 7. İNSAN XOŞBƏXT GÖRSƏNƏRSƏ, O GÖZƏLDİR. Xoşbəxtlik onun üzünə çökər və gözəl görsəmiyinə yardımçı olar. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, Daima gülümsəyərdi. Kifir qadın yoxdur sadəcə özünə baxmayan qadın var. Bu kəlməni hər bir qadın öndə tutmalıdır.


 AZENS.AZ

Tweet 1078