Lütfi Zadə ― dünyaya milyardlar qazandıran azərbaycanlı

 Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burda kommersiya ilə məşğul olmaq qərarına gəlmişdir. İranda qohumları və dostları vasitəsilə külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burda satışını təşkil etməklə özünə mükəmməl biznes yaradıb. Biznes fəaliyyəti ilə yanaşı indiki Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil alıb və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışıb. Bakıda 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağına inanırmış. 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSRİ-nin tətbiq etdiyi yeni qaydalar olub. Cənubi Azərbaycanda olan azərbaycanlılar ya sovet vətəndaşlığını qəbul etməli ya da ölkəni tərk etməli idilər... Sovetlərin həyata keçirdiyi bir çox addımlardan narazı olan ailə İrana köçür (Amma Bakıda yaxın qohumları qalır və L.Zadənin onlarla əlaqələri bu günə qədər davam edir). Bakıdan Tehrana köçəndən sonra ailəsi onu İranda amerikalıların Abors missioner məktəbinə qoyub. Artıq Tehran Universitetində oxuduğu illərdə Amerikada elmin inkişafı üçün daha yaxşı şəraitin olduğu və gələcək fəaliyyətini bu ölkəylə bağlamaq barədə düşünür. 1944-cü ildə Birləşmiş Ştatlara gələn Lütfi Zadə öz həyatını həmişəlik bu ölkə ilə bağlayır. Onu beynəlxalq aləmə tanıdan ilk işi qeyri-stasionar dövrələrin tezlik analizi məsələsi olur. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Hazırda Kaliforniya Berkli Universitetinin (Berkley University) fəxri professorudur. 1952-ci ildə Ç.Raqassini ilə birlikdə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edir. Elə həmin il də diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Artıq 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və kibernetikanın atası hesab olunan məhşur alim Norbert Vinerin tövsiyəsiylə Kaliforniyaya köçür. Berklidəki Kaliforniya Universitetində kompüter elmləri və elektrotexnika kafedrasına başçılıq edir. 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə «Xətti sistemlər nəzəriyyəsi» kitabını nəşr etdirir. Beləliklə, 1960-cı illərin ortalarında L.Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəsislərdən birinə çevrilir. 1965-ci ildə isə qeyri-səlis çoxluqlara aid “Fuzzy Sets” elmi məqaləsini dərc etdirdikdən sonra isə onu artıq bütün dünyanın elm çevrələri tanıyırdı. Onun bu işi bütün dünyada böyük rezonansa səbəb olmuşdu və elmdə yeni istiqamətin əsasını qoymuşdu. O, elmi araşdırmalarla sübut edirdi ki, təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. Onun bu elmi yeniliyi, inqilabı ilk zamanlar riyaziyyatçılar arasında soyuq və ehtiyatla qarşılansa da bir neçə il sonra bütün dünya ondan yararlanmağa başlayıb. Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompyuterlərin yaradılmasında mühüm rol oynayıb. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Lütfi Zadənin 2 övladı var: Stella Zadə və Norman Zadə. Qızı Stella 59 yaşında 2006-cı ildə vəfat etmişdir. Oğlu Norman Zadə vəkil və professional poker oyunçusudur. 1974-cü ildə Poker üzrə qalib olub. AZENS.AZ
Tweet