Leonardo Da Vinçinin anası azərbaycanlıdır


Bu barədə Kanadanın "National Library and Archives"də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib. Leonardo Da Vinçinin tədqiqatı ilə məşğul olan məşhur tədqiqatçı Lui Baff Perri mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, məşhur rəssam Da Vinçinin barmaq izi üzərində aparılan tədqiqatlar zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub. Da Vinçinin anası Katerina adi kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun  sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu tam sübut ediləcəkdir.  Perri mühazirədə "Leonardo Da Vinçi və anası Katerinanın Şərqi sirləri"  başlıqlı, olduqca mühüm materiallar təqdim edib. Araşdırmaçı Lui Baff Perrinin sözlərinə görə, Leonardo Da Vinçi özü Türkiyə və Azərbaycana anasının Qafqaz kökənini araşdırmaq üçün gəlmişdir. Da Vinçi 1503-cü ildə Osmanlı sultanı II Bəyazidə məktubunda özünü müsəlman kimi qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Leonardo Da Vinçinin anasının azərbaycanlı olması haqqında tədqiqatlar hələ də davam etdirilir.  AZENS.AZ
Tweet