Məhəmməd Əmin Rəsulzadənin polyak həyat yoldaşı


 «Gorcy Kavkaza» («Qorsı Kavkaza», 1929-1934), «Severnıy Kavkaz» («Severnıy Kavkaz», 1934), «Vschod» («Şərq», 1930-1938), Prometey cəmiyyətinin eyni adlı məcmuəsində və iki dünya müharibəsi arasındakı dövrdə çap olunan digər jurnallarda və müxtəlif arxiv sənədlərində öz əksini tapıb. Lakin bütün bu sənədlərin arasında Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründəki fəaliyyəti, polyak əsilli Vanda xanımla ailə qurması, bu cütlüyün həyatın ağır sınaqlarından ləyaqətlə çıxması, Vanda xanımın Ankaradan Londona yazdığı məktubları xüsusilə diqqət çəkir. Rəsulzadə Vandaya «Leyla» deyə müraciət edərmiş. Lakin Vanda xanım yazdığı məktubları «Vanda R» olaraq imzalayırdı. Bu məktublar nəinki Azərbaycan mühacirət tarixi üçün böyük əhəmiyyət daşıyır, həm də vətən ağrısı çəkən tənha qadının həyat hekayəsini uzun illərdən sonra bizə çatdırır.  Məhəmməd Əmin Rəsulzadə Varşavaya türk jurnalisti adı ilə gəlmişdi. Qeyd edək ki, Polşa Sovet İttifaqı ilə təcavüz etməmək barəsində saziş imzalamışdı. Polşa dövləti anti-sovet mühacirəti ilə əməkdaşlığı Xarici İşlər Nazirliyində demək olar ki, tamamilə kəşfiyyatın sahəsinə keçirmişdi. Rəsulzadə Varşavada türk jurnalisti adı ilə yerləşdirilmişdi.  Məhəmməd Əmin Rəsulzadə Polşada Prometey klubunun görüşlərində iştirak edir, Şərq İnstitutunda mühazirələr oxuyur, fəal publisistik iş aparırdı. Azərbaycanın istiqlaliyyət döyüşündə qələmi ilə dayanmadan savaş aparırdı. 1938-ci ildə yazdığı «Azərbaycan istiqlaliyyət döyüşündə» kitabında Polyak oxucularına ölkəsini tanıtdırır, dövlətinin çəkdiyi əzablara Qərb aləminin diqqətini yönəldib kommunistləri ifşa edirdi.

 1939-cu ildə almanlar Polşaya təcavüz edərək II Dünya müharibəsinə başladılar. Rəsulzadə Varşavanı tərk etmək məcburiyyətində qalır. Rəsulzadə və digər görkəmli prometeyçilər zənnimizcə, məhz polyak məxvi orqanlarının köməyi ilə Varşavanı tərk etdilər. 1942-ci ilin son aylarında Məhəmməd Əmin bəy Berlində alman rəhbərliyi və Şərq Nazirliyi ilə danışıqlarda müharibə bitdikdən sonra Azərbaycanın müstəqilliyini, onun tanınmasını əməkdaşlıq üçün əsas şərt olaraq ortaya qoymuşdu. Lakin Hitlerin Azərbaycanın müstəqilliyini tanımayacağını başa düşdükdə Berlini tərk edib Buxarestə geri dönmüşdü.  1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyir. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə izn vermirlər. Bu arada amerikanlılar yaxınlaşır və vəziyyətin dəyişəcəyinə güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir. Qeyd etməliyik ki, müttəfiqlər anti-sovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də bu tale gözləyirdi. Lakin onu buraxırlar. Məhəmməd Əmin Rəsulzadəni xilas edən onun həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları oldu. Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır. Neçə illər sonra onun Ankaradakı qonşusu Bülent Danışoğlu xatirələrini «Poloniyalı azeri gelini Vanda Resulzade» adlı məqaləsində yazıb.

 Stalinin tələbinə uyğun şəkildə Atatürk Rəsulzadədən xaricə getməsini istəyir. Rəsulzadə onunla eyni taleyi paylaşan tatar lider Ayaz İshaki ilə birlikdə Türkiyəni tərk edib, Polşaya gedir. Həmin vaxt isə Jozef Pilsudski öz azadlıq ideyalarını gerçəkləşdirməkdə idi. Polşanın rus zadəganlarına aid olan torpaqlarında göz açan və öz ana dilində danışmaq hüququndan məhrum olan Pilsuldski ruslara qarşı patoloji nifrətlə böyümüşdü.  1904-cü ildə "Bojovki" adlı bir dəstə yaradan Pilsudki bombalamalar, soyğunlar, sui-qəsdlər edərək silahlı mücadiləyə başlayır. Eyni il rus olmayan bütün xalqların müstəqilliyini və təşkilatlanmasını hədəfləyən "Prometeyin" layihəsini hazırlayır. Belə ki, Məhəmməd Əminin Polşaya gələndən sonra evləndiyi Vanda xanımım Pilsudskinin qardaşı qızı olması güman edilir. Pilsudski “Prometey” təşkilatına üzv olan qeyri-rus millətlərinin liderlərinin hamısı ilə dostluq edirdi. 1927-ci ildə Rəsulzadənin Polşaya gəlməsi də məhz, bu səbəblə əlaqələndirilir.

 Sonradan öz xatirələrini danışan Vanda xanım Rəsulzadənin ona “Leyli və Məcnun” poemasını oxuduğunu və bu səbəbdən Leyla adını verməsini xatırlayırdı. Mənbələrə görə, hər ikisi Ankaradakı milli kitabxanada tanış olub, çalışmışlar. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib.    

AzEns.AZ    

Tweet 1964