Mərmər mücrüdə Budda külü


 Mütəxəssislərin fikrincə, mücrünün içərisində Buddanın külü varmış. Bu vaxta qədər Yunyu məbədi üstündə 17 milyon işarə olan qəbirüstü abidələri ilə məşhur idi.   Buddanın külü bir-birinin içərisində yerləşən 5 böyük mücrünün ən kiçiyinin içərisindədir. Ən böyük olan 5-ci mücrünün ölçüsü 4x5 santimetrdir. Onun üstündə Buddanın ölüm tarixi – e.ə. 544-cü il yazılmışdır. Qədim yazılara əsasən, Buddanın külü 8 hissəyə bölünüb, Çinin 8 əyalətinə aparılmışdır. O vaxtdan bu vaxtadək, yalnız onun bir hissəsi tapılmışdır. İlk dəfə 1592-ci ildə tapılmış və sarayda çox ciddi mühafizə edilmişdir. Sonralar mücrü yaddan çıxmış və təxminən 400 ildən sonra yenidən aşkar edilmişdir. Məbəd bərpa olunduqdan sonra mücrü əvvəlki yerinə qaytarılmışdır. Digər 7 mücrünün isə harada olduğu indiyədək heç kəsə məlum deyildir. Axtarışlar indiyədək davam etdirilir.   Azens.az
Tweet 4226