Müxtəlif dövrlərin ideal gözəlləri


Arxeoloji qazıntılar zamanı daş dövründən bu formalı daş heykəllər tapılmışdır. Qədim misirlilər qadınlarda uzun ayaqlara üstülük verirdilər. İdeal qadın enli çiyinli və biraz əzələli olmalı idi. Misirlilər kosmetikadan olduqca çox istifadə edirdilər. Dodaqlarına diqqəti cəlb edən rəngli boya, gözlərini isə qara rənglə boyayırdılar.    Qədim yunanlarda isə əsas qadın gözəlliyi deyil, fiziki güc idi. Əfsanəyə görə, Herakl uzun zaman döyüşlərdə üzünü gizlədən xanıma aşiq olur. Yunanlar üçün qadın arxası gözəl olmalı idi.    Romalılarda donqarlı burun aristokratlıq əlaməti idi. Orta əsrlərdə oylarının hündür görsənməsi üçün nəcib qadınlar alına qədər saçlarını kəsirdilər. Qədim şəkillərə baxsaq qadınların sinə hissələrinin çox balaca olmasını görürük. Həmin dövrlərdə nəcib qadınlar karsetdən istifadə etdikləri üçün karsetlə sinələrinə bacardıqları qədər sıxırdılar.    İntibah dövründə nəinki inkişaf, zövqlər də dəyişdi. İdeal qadın sarışın və kürənlər hesab olunurdu. Yumru və enli çiyin, uzun boğaz, dolu bədən quruluşlu xanımlar gözəl qadın kimi qiymətləndirilirdilər.    Daha sonra dəbə yüngül erotik Rokoko (XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur) üslubu gəldi. Yumru sifətli, xırda burun və dodaqlı xanımlar gözəllik etolonu hesab edildilər. Qırmızı rəngə boyanmış uşaqsifətli və dolu bədənli qadınlar kişilər üçün cəlbedici sayılırdı.    XIX əsr dolu qadınların dövrüdür. Həmin dövrün imperatorları dolu bədənli, iri sinəli xanımlar seçirdilər.    XX əsrin 20-ci illəri modaya dəyişiklik gətirdi. Artıq dəbə zərif, incə və gödək saçlı xanımlar gəldi. Gözəl xanım dedikdə, göz önündə zərif, arıq, incəbelli xanım canlanırdı. Qara kölgəli makiyaj və qulağa qədər kəsilmiş qısa saçlar dəbdə idi.    İndiki əsrin ideal gözəli 90-60-90 standartına uyğun olandır. XXI əsrdə iri dodaqlar, böyük sinə və uzun ayaqlar cazibəli hesab olunur. 
Tweet