Mersedes-Benz simvolunun sirri


Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.  Deməli belə: Simvolu əhatə edən dairə - hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə - həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə - mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, - “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.


 Gəlin axtarışlarımızı davam etdirək; - Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası nədir? Üçguşəli ulduz – üçbirlik, üçbucaq - xaçpərəstlikdə isə “hər şeyi görən göz”, “İlahi göz” mənasını daşıyır. Belə bir işarəyə, yəni-üçbucağın içərisində açıq göz simvoluna, Amerika və Ukraynanın pul vahidlərinin üzərində də rast gəlmək mümkündür. Bu cür simvola dini mərasimlərdə daha çox rast gəlinir.  Hindistanda bu işarə - xaosdan yaranmış ilk kosmik fiqur hesab olunur. Birdəki, İlahi indus triadası olan Trimurti – üç ilahənin  – yəni, Yaradici Brahma, qoruyucu Vişnu və dağıdıcı Şivanın birləşməsidir bu işarənin mənası.  


 Masonlarda isə bərabəryanlı üçbucaq Kosmosun üç hissədən ibarət olmasına işarədir. Yəni – İşıq, qaranlıq və zaman.


   Numerologiyada üç - çox böyük məna daşıyır. Bu ilk tək ədəddir. Üç həm də quruculuq mənasını daşıyır. Mifik tərəfdən üç – başlanğıc, otra və sonluq deməkdir. Pifaqora görə, üçbucaq Kosmosu simvolizə edir və başqa mənada da – sağlamlıq deməkdir. Finikiyalılara görə - üçbucaq – “dalet” hərfidir, yunan hərfi “delta” bundan yaranmışdır. “Qapı” mənasındadır.  Hansı tərəfdən yanaçırıqsa yanaşaq, Mersedes – Benzin loqotipindəki üçguşəli ulduz yəni 3 rəqəmi daha çox  magik məna daşıyır. Dini və mistik kitablarda, əsasən də  “İncil”də  3 rəqəminə çox rast gəlmək olar. Məsələn: 3 falçı, İsanın öldüyü gün – 3 aprel, İsanın yaşı – 33, İsanın dirilməsi – 3-cü gün... və sairə və ilaxır. 


 Digər bir tərəfdən, bəşəriyyət, ümumiyyətlə, yaradıldığı gündən 3 rəqəmini mistik bir rəqəm hesab etmişdir. 3 rəqəmi – mifik, mistik və dini tərəfdən də baxsaq - sirli və sehirli bir rəqəm hesab edilir....

Tweet 1062