Milyonların sevimli rəhbəri - İlham Əliyev


  Yüksək intellektin, işgüzarlığın, təvazökarlığın, savadın, səmimiliyin, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrildin. Xalqın maraq və mənafelərinə cavab verən qətiyyətli qərarlar qəbul edib, böyük uğurlara imza ataraq özünü əsil lider kimi təsdiqlədin. Doğum Günün Mübarək, cənab Prezident!

  Azərbaycan son 10 ildə məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiya əsasında dinamik inkişaf edir, məqsədlərinə doğru inamla irəliləyir. 2003-cü ildən bu rolu onun layiqli davamçısı - Prezident İlham Əliyev uğurla davam etdirərək ona bəslənilən ümidləri tam doğruldub, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışıb.


  Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev həm də dünya azərbaycanlılarının lideridir. O, dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir.

  İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ.Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İ.Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

  2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilir.   Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı" elan etdi. Prezident İlham Əliyev "İlin adamı" mükafatına Azərbaycanın son beş ildə dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.  


  Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanmış, milyonların sevimli rəhbərinə çevrilmiş cənab İlham Əliyevin son 10 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin etmişdir. Onun fəaliyyətində neft-qaz amili, bu məsələdən istifadə edərək Azərbaycanı inkişaf etdirmək, xalqın həyat səviyyəsini yüksəltmək, ölkəmizi dünyada sözü ötən, mövqeyi ilə hesablaşılan bir dövlətə çevirmək sahəsində göstərdiyi səylər şübhəsiz ki, ilk sırada dayanır.


  İlham Əliyevin son 10 ildə ölkəmizə bəxş etdiyi yüksək nailiyyətlər xalqımızda böyük razılıq hissi, gələcəyə inam və əminlik hissi yaradır. Azərbaycan xalqı hər zaman bayağı, reallıqdan uzaq vədlərə deyil, konkret, əməli siyasətə, görülən işlərə qiymət verib. Bunun nəticəsidir ki, xalqımız üçüncü dəfə İlham Əliyevin qalibiyyətini tələb etdi.


  Azens.az/ Jalə Orucova

Tweet 1102