Mona Liza kimdir?


Belə məlum olmuşdur ki, sən demə, bu rəsm əsərini muzeyin öz işçisi oğurlamış və əsəri öz vətəninə - İtaliyaya qaytarmaq istəmişdir. Həmin şəxs rəsm əsərini oğurladıqdan sonra onu İtaliyaya göndərə bilməmiş, 3 il onu öz evində gizlətmiş və yenidən geri qaytarmaq məcburiyyətində qalmışdır.  


 Bu rəsm əsəri oxşarının çəkilməsi cəhdlərinə görə birinci yerdə durur. Bir çox professional rəssamlar bu rəsm əsərinin tam oxşarını çəkməyə cəhd göstərmişlər. Portreti eynilə çəkə bilsələr də, bir yerdə buraxdıqları səhvə görə, rəsmin saxta olması aşkarlanmışdır. Professional rəssamlar portretin hər bir detalını olduğu kimi çəkə bilsələr də, Mona Lizanın sehirli gülüşünü orjinalda olduğu kimi çəkə bilməmişlər. Bu da  “Mona Liza gülüşü”nün əvəz olunmaz olmasından xəbər verir.  


 Uzun müddət dəqiq bilinmirdi ki, bu rəsm əsərində təsvir olunan qadın kimdir? Amma bu barədə müxtəlif versiyalar  səngimək bilmirdi. Gah deyilirdi ki, bir zadəgan qadının portretidir. Gah deyilirdi ki, varlı cavan bir qızın portretidir. Gah da deyilirdi ki, bu portret elə Leonardonun öz avtoportretidir - cavan qız görkəmində və s. Amma heç kəs bu versiyaları nə inkar edə bilirdi, nə də təsdiq. Maraqlı olan isə dəfələrlə bu rəsm əsərini olduğu kimi çəkməyə  cəhdlər olunsa da, portreti olduğu kimi çəkmək mumkün olmamış və buna heç kəs nail ola bilməmişdır. Digər məşhur rəssamların məşhur rəsm əsərlərini olduğu kimi çəkmək mümkün olsa da, Leonardonun “Mona Liza”sını olduğu kimi çəkmək mümkün deyil.


 Bəs bu portret harada çəkilmişdir? Bu da uzun müddət alim və tədqiqatçıları düşündürmüşdür. Deyilənə görə, portretin arxasındakı mənzərəni Leonardo abstrakt olaraq çəkmişdir. Amma İtaliya alimləri və tədqiqatçıları belə nəticəyə gəlmişlər ki, Mona Lizanın arxasında abstrakt deyil, konkret bir mənzərə təsvir olunmuşdur. Belə ki, guya bu mənzərə İtaliyanın Bobbio şəhərciyinin yaxınlığındakı bir mənzərədən götürülüb.


 Mona Lizanın kim olması barədə də çoxlu versiyalar irəli sürülüb. Tədqiqatçı alimlərin bəziləri  belə təxmin etmişlər ki, bu portret - o zamanlar məşhur olan  varlı  bir tacirin arvadı Liza del Cokondanın portretidir. Digərləri isə belə güman edirdilər ki , bu – Milan hersoqunun qızının portretidir. Çünki Leonardonun əsas sifarişçisi məhz Milan hersoqu olmuşdur. Leonardo bu rəsm əsərini 1503-1504- cü illərdə çəkmişdir. Portretin çəkilməsi rəssamın həmin illərdə Milan hersoqunun qonağı olduğu vaxta təsadüf edir.  


 Mona Lizanın kimliyini dəqiqləşdirmək məqsədilə arxeoloq Vinçetinin arxeoloji ekspedisiyası tərəfindən Florensiyada köhnə monastrın həyətində arxeoloji qazıntılar aparılmış və XVI əsrə aid olan qəbir aşkarlanmışdır. Bu qəbirdə iki qadın skeleti tapılıb. Bu qadın skeletlərindən birinin Mona Lizaya  məxsus olduğu ehtimal olunur. Yəni, L. Da Vinçinin portretini çəkdiyi - Cokondaya.... Qədim arxiv sənətlərinə görə, Mona Liza bu monastrda çalışmışdır.  Liza Del Cokonda (1479-1542) həm də Liza Gerardini, Cokonda və ya Mona Liza – florensiyalı olmuş və Florensiyanın ən tanınmış ailəsində dünyaya gəlmişdir. Anası onu həmişə Mona Liza deyə, - çağırarmış. 


 Təxminlərə görə, Leonardo Da Vinçinin çəkdiyi  rəsm əsərindəki portret məhz bu qadına məxsusdur. Araşdırmalara əsasən, Mona Liza o zamanlar tanınmış, varlı tacirə ərə getmişdir. Leonardo Da Vinçiyə də Mona Lizanın portretini çəkməyi məhz o sifariş vermişdir.


AzEns.AZ/ Orucova Jalə

Tweet 1123