Nərd oyununun tarixi


Amma indiki zamana nəzər salsaq, ən çox nərd oyunu Azərbaycanda oynanılır. Küçədə, məhlələrdə gəzərkən nərd oynayan insanlara, əsasən də qocalara az rast gəlmirik. Azərbaycanda hələ qədimdən məlum olan, Xaqani, Nəsimi və digər klassiklərimizin əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır.  Azens.az saytının məlumatına görə, nərdin 24 xanəsi günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Yek ―  (bir) Tanrının təkliyinə Dü ―  (iki)  Fani və baqi dünyaya Sə ―  (üç)  Nəbatət, heyvanat və təbabətə Cahad ―  (dörd)  Od, su, torpaq və havaya Pənc ―  (beş)  duyma, eşitmə, görmə, dadbilmə  və iybilməyə Şeş ―  (altı)  aşağı, yuxarı, sağ, sol, ön və arxaya işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir. 
Tweet 1134