Nostradamusa inanaq? O nə demiş?


 Tarixən məlumdur ki, Nostradamus şəxsi ölümünü belə qabaqcadan xəbər verdi. O, 63 yaşında 1566-cı ildə oynaq və toxuma xəstəliyindən öldü.

 "Sabaha qədər, usta", - evdən çıxarkən xidmətçi və şagird Jak Şavin onunla vidalaşdı. "Sabah mən olmayacaq" - müəllim sakitcə cavab verdi. Bu onun son qabaqcadan deməsi idi. Digər bir neçə Nostradamus öncəgörmələri:


 Üçüncü Dünya Müharibəsi 2076-cı ildə, dördüncüsü isə 2106-ci ildə olacaq. Dördüncü Dünya Müharibəsindən sonra min illik barış çağı yaşanacaq. Həyat 3797-ci ildə bitəcək. Nostradamusa görə yalnız insanlıq bitəcək, dünya heç yox olmayacaq.


 Cənub Asiyadan sonra Türkiyədə zəlzələ olacaq. “Centuries” kitabını şərh edən İngilis ekspertlərə görə İndoneziya zəlzələləri sonrası Yunanıstan və Türkiyədə qarışıqlıq (tektonik hadisələr) olacaq.


 Fransız ekspertlərə görə Nostradamus 2015-ci ilə qədər dünya üçün “qaranlıq bir dövr” görür. Kahinə görə dünyada iqlim dəyişiklikləri olacaq. Böyük bir quraqlıq yaşanacaq. Bu uzun quraqlıq dövründən sonra bir fəlakət daha gözləyir: Ölçüsü bilinməyən nəhəng sel suları!!  


 2011-ci il. Şimal yarımkürəsində radioaktiv çöküntülərin düşməsi nəticəsində nə heyvan qalacaq, nə bitki. Sonra müsəlmanlar sağ qalmış avropalılara qarşı kimya müharibəsinə başlayacaqlar. 2014-cü ildə insanları dəri xəstəliklərindən əziyyət çəkəcəklər (kimya müharibəsi nəticəsi).  


 2018-ci ildə Çin ən inkişaf etmiş dövlət olacaq. Həmin ildə bizi təhlükəli Nüvə Müharibəsi gözləyir.  


 2088-ci ildə yeni xəstəlik peyda olacaq. Bu “10 saniyə ərzində qocalma”dır.   


 2100-cü il. “Süni Günəş" Yer kürəsinin tünd tərəfini işıqlandırır. 2111-ci ildə insanları robotlar əvəz edəcək.


 2167-ci ildə Yer kürəsində yeni din meydana gələcək. 2170-ci ildə isə Böyük Quraqlıq olacaq.


 2273-cü il. Yeni irq. Bu heç bir indiki irqə aid olmayacaq. Sarı, qara və ağ iqlərin qarışması olacaq.  


 3797 - Yer kürəsində bütün canlılar həlak olacaq, amma yeni həyatın əsasını qoyacaq.  


 AzEns.AZ

Tweet 1333