"Praqa"nın mənası nədir?


 Praqa adına ilk dəfə 965-ci ildə İbrahim ibn Yaqubun məktubunda rast gəlinmişdir.  Güman edildiyinə görə, yerli dildə poroq sözünün dəyişdirilmiş forması olub, astana mənasındadır. Şəhərin içərisindən keçən Vltava çayında gəmi hərəkətini çətinləşdirən çoxlu astana olduğundan, bu adın meydana çıxması güman edilir.    


 Bəziləri də “Praqa” sözünün çex dilində “praziti”, yəni “yanıb solan” sözündən əmələ gəldiyini zənn edirlər. Yəni ki, şəhərin yerləşdiyi Qradçan təpəliyinin iqlimi quraq olduğundan bu ad meydana çıxmışdır. Quraqlıqdan bitkilərin yanib solması nəzərdə tutulur.  


 AZENS.AZ

Tweet 1090