Qələbədən sonrakı ad günü


 9 may Sovet Ordusunun Faşizm üzərində Qələbə Günüdür. İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Müharibə illərində II Dünya Müharibəsində 26,6 milyon nəfər həyatını itirmişdir. Müharibədən danışarkən, qalibiyyətin necə çətin gəldiyini anlamamaq mümkün deyil. Azərbaycan cəbhəyə 600 min əsgər göndərmiş, lakin bunlardan 200 mini vətənə qayıda bilmişdi. Müharibə 1945-ci il 9 may tarixində Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatmışdır. Faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu. Elə bu zamandan 9 May Qələbə Günü, böyük itkilərdən sonra qazanılan qalibiyyətdir.

May ayında daha bir əlamətdar gün də var. Bu tarixə misilsiz iz qoymuş Heydər Əliyevin doğum günüdür. Heç də əbəs yerə deyil ki, bu iki gün ard-arda baş vermişdir. O, böyük siyasi və dövlət xadimi, xalqın lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.


Orucova Jalə

Tweet 4649