Qəlyan dəbinin yaranma tarixi


 2000 il öncə yaradılan qəlyanın konstruksiyasında indiyədək heç bir dəyişiklik edilməmişdir. Bu səbəbdən də belə bir teoriya mövcuddur ki, qəlyan – Yerdənkənar bir yaranışa malikdir.

 Doğrudan da, İran Hindistanla müştərək bizlərə çox şey hədiyyə edib. Bunların hamısı elə ilk dəfədən çox kamil bir formada icad edilmiş və neçə minilliklərlər keçsə də, heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Deyilənə görə, bu əşyalar qədim insanlara İlahidən və ya yadplanetlilər tərəfindən verilmişdir.


 Qalian (qəlyan) sözü, fars sözüdür ki, mənası da – “küpə, küpəcik” anlamı verir. Qədimdə bu cür küpəciklərdə fars qadınları özlərinə məxsus qızıl, zinət əşyaları və ətirlər saxlayarmışlar. Qəlyan müxtəlif ölkələrdə müxtəlif cür adlanır, məsələn: Misirdə - şişə, Türkiyədə - nargilə, Tunisdə - huka, BƏƏ-də - cacir və s.


 Dəqiqliyi ilə məlumdur ki, müasir qəlyan indi olduğu kimi qədimdə farslar tərəfindən icad olunmuş və bu haqda çox gözəl rəvayətlər söylənilmişdir. Qəlyan İranda icad edildikdən sonra Tunisə, sonra Misirə, daha sonra isə aşağı ölkələr, yəni Afrika ölkələrinə keçmişdir. Yeri gəlmişkən“qəlyan” iran sözüdür və əvvəl İran Persiya(Farsiyə) adlanırdı.


 İlk öncələr qəlyanda müalicəvi otlardan və həşişdən, opium və müxtəlif növ ədviyyalardan istifadə edilirdi. Hətta əlavə olaraq, qəlyana meyvə qurusu da qatılırdı. Beləliklə, qəlyan çəkən ədviyya və otların təsirindən həm ləzzət alır, həm də keflənirdilər.  Sonralar tənbəki çəkmək dəbə düşdü, tənbəki qəlyana nisbətən çox ucuz idi. Tənbəki istifadəçiləri günü-gündən artırdı, qəlyanı isə ancaq imkanlılar, əhalinin varlı təbəqəsindən olanlar istifadə edirdilər. Adi əhali isə “qara” tənbəkidən istifadə edirdi.


 Avropada qəlyan XIX əsrdən populyarlaşmağa başlamışdı, əsasən də qəlyandan ali cəmiyyətə məxsus olan qadınlar fotosessiyalarda daha çox istifadə edirdilər.  Hal-hazırda gördüyümüz qəlyan məşhur misirli saray ustası Xəlil-Tək-əl-Din Məamun tərəfindən hazırlanmışdır. Bu səbəbdən də ən yaxşı Misir qəlyanları “Xəlil Məamun” adlanır.


 Müasir alimlərin bir çoxunun fikrincə qəlyanın vətəni Hindistandır və məhz buradan qəlyan Asiya ölkələrinə yayılmışdır. Lap əvvəllər qəlyandan dərman vasitəsi kimi istifadə etmişlər. Belə ki, qəlyanda çəkilən həşiş ağrıkəsici rolu oynayırdı. Hindistan qəlyanı əvvəllər dərman vasitəsi kimi istifadə edilsə də, sonradan uyuşdurucu vasitə kimi istifadə olunmuşdur. Daha sonralar isə qəlyanda da çox keyfiyyətli xüsusi tənbəki növündən istifadə edilməyə başlandı. Bu xüsusi növ qəlyan tənbəkisi Dəməşqdə (Suriyanın paytaxtı) hazırlanırdı.  


 AzEns.AZ    

Tweet 1039