Qəpiklə yaşaya biləcəyiniz ölkələr


Söhbət günə bir neçə $ xərcləməkdən gedir. Əgər fikirləşirsizsə, bu mümkün deyil, oxuyun. •  Tailand    Bu ölkə sizə sərfəli sığınacaq verməyə hazırdır. Əsrarəngiz yer hesab olunan Çianq Mayda ən gözəl otaqda ayda 30 $-a qalmaq mümkündür. Burda ərzaq da olduqca ucuz qiymətədir. •  Kamboca    Bəlkə də, inanmayacaqsız, amma Kambocaya gələn turistlərin sayı hər il artır. Bura yeməyə cəmi 2 $ xərciniz çıxacaq, əgər restorana üz tutsaz məbləğin iki qatı, yəni 4 $. •  Filippin    Bu ekzotik ölkə sizə xoş hisslər bəxş etməyə hazırdır. Böyük şəhərdə ev kirayəsi  360 $-dır. Turistlərin sevdiyi məkan qolf meydançaları, çimərlikləri ilə məşhur olan Sebuda qiymətlər daha ucuzdur - 150$. Böyük qədəhdə pivə və bir qutu siqaret 55-60 sentdir. • Kosta-Rika    12 fərqli iqlim qurşağı, unikal təbiət və mədəniyyəti olan gözəl ölkədə ucuz yaşayış təklif olunur. San-Xose dünyanın ən ucuz ölkələrindən hesab edilir. Ekzotik mətbəxdə yemək - 4 $. •  Beliz    “İngilis Hondurası” kimi tanınan Beliz 1981-ci ildə müstəqillik əldə etmişdir. 300 $-a ölkədə yaxşı şəraitdə qalmaq mümkündür.   Azens.az
Tweet 7716