“Qırmızı Xaç” niyə qırmızı rəngdədir?


  Komitə yaradılanadək heç bir yerdə  müharibə edən tərəflərə neytral olan belə bir qrup yox idi.  


 “Qırmızı Xaç” komitəsinin bayrağı – ağ  fonda qırmızı xaçdır ki, bu da İsveçrə bayrağının əksidir, yəni ki, İsveçrə bayrağı qırmızı fonda ağ xaçdır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı isə, ağ  fonda qırmızı xaçdır.  


 İsveçrə bankiri olmuş Anri Dünan (1828-1910) “Qırmızı Xaç” Cəmiyyətini xristian aləmində müharibə zamanı neytral statuslu həkimlərin yaralı əsgərlərə təmənnasız tibbi yardım etmək məqsədi ilə yaratmışdır. Belə ki, 1859-cu il, iyunun 24-də Solferino döyüşü zamanı  40 mindən çox əsgərin həlakından sonra, o, öz həyatını yaralı əsgərlərin müalicəsinə həsr etmiş və həmin döyüş zamanı yaralılara, ümumiyyətlə, tibbi yardımın olmamasını görüncə şoka düşmüşdür. Belə olan halda o, “Qızmızı Xaç” cəmiyyətini yaradacağına qəti qərar verir və Avropanın 4 tanınmış iş adamı ilə birləşərək, belə bir beynəlxalq cəmiyyət yaradır.


 Cenevrə konvensiyası zamanı bu cəmiyyətin əsas mövqeyi və beynəlxalq statusu müəyyənləşdirilmiş və qırmızı xaç bu humanitar qrupun simvolu kimi qəbul edilmişdir.  


 Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin loqotipindəki qırmızı xaç İsveçrə bayrağının əks rəngləridir. Bu da cəmiyyətin ilk yaradıcısı olan məşhur isveçrəli xeyriyyəçi Anri Dünanın şərəfinə seçilmişdir.  


 İlk öncə bu cəmiyyətin loqotipi xaç formalı 5 qırmızı kvadratdan ibarət idi. Ağ fon isə hər yerdə və hər kəs tərəfindən qəbul olunmuş sülh və müdafiə rəmzi hesab edilir. Sonradan ağ  fonda xaç şəkilli 5 qırmızı kvadrat ləğv edilir və onun yerində toplama şəkilli 2 qırmızı kvadrat saxlanılır.  


 Hal-hazırda “ Beynəlxalq Qırmızı Xaç” Cəmiyyətinin dünyanın hər yerində nümayəndəlikləri vardır. Bu cəmiyyət tək hərbi münaqişələrdə yaralanan, xəsarət alanlara deyil, təbii fəlakət zamanı əziyyət və ziyan çəkənlərə də yardımlar göstərir.  


 AZENS.AZ 

Tweet 1018