Qadın sünnəti mövcuddur?


  Belə ki, Məkkə şəhərində Ümmü Həbibə , Mədinədə isə Ümmü Ətiyyə adlı qadınlar qız sünnətçisi kimi tanınırdılar. Amma Qız sünnəti ilə əlaqədar bir  Quran hökmü yoxdur. Həmçinin bu məsələdə müsəlmanlara öhdəlik yükləyən mötəbər bir hədis də yoxdur.   Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi məlum olmuşdur. Hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşadığı bildirildi. Misirdə edilən arxeoloji qazıntılarda bəzi qadın mumiyalarının sünnətli olduğu təyin olunmuş və e. ə. 1600-ci illərindən qalma divar şəkillərində sünnətin necə edildiyi təsvir edilmişdir.  ‘Qadın Sünnəti', yəni klitorisin kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Qadında edilən sünnətin ən yüngülü klitorisin kəsilməsi olub, məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bununla yanaşı çox istənməyən risklərə hətta ölümə də səbəb olmaqdadır.   Lakin bir sıra mənbələr «qadın sünnəti»nin İraq kürdləri arasında  da geniş yayıldığını yazır. «Qadın sünnəti» təkcə İraqın deyil, Türkiyənin də ucqar kürd kəndlərində də mövcuddur. Kürdüstan adlanan ərazidə qadın və qızların 35 %-i bu əməliyyata məruz qalır.   Hazırda bu adət Sudan, Efiopiya, Somali, Mali və s. inkişaf etməmiş ölkələlərdə davam edir. Qeyd edək ki, 2012-ci ildə BMT Baş Assambleyası qadın sünnətini insan haqlarının pozulması kimi tanıyıb.   AZENS.AZ
Tweet