Qapalı çarşının "açıq" tarixi


 Mistik şərq havasına və rəngarəng dükanlara malik olan bazarın tarixi qədimlərə söykənir. Tarixdəki adı belə idi: Çarşu-yı kebîr.  Fatih Sultan İstanbulu fəth etdiyində Çarşının yerində Avqust tərəfindən tikilmiş bazar vardı. Çarşının şərq qapısına baxsaz qabartma qartal şəkili görərsiniz. Fatih Sultan Mehmet bu çarşını xeyriyyə məqsədilə və ticarətin canlanması üçün yaratmışdır. Daha sonralar çarşının daxili müxtəlif dükanlarla dolur. Fateh Sultan Mehmetin Qapalı Çarşı inşaatına başladığı 1461-ci il Qapalı Çarşının quruluş ili olaraq qəbul edilir.


 Çarşı bir sıra fəlakət və yanğınlara məruz qalmışdı. İlk dəfə 1651-ci ildə Çarşıda çıxan yanğın Mahmutpaşadan limana doğru irəlilədi. İkinci Mustafanın zamanında, yəni 1710-cu ildə Çarşıda ikinci böyük yanğın çıxınca, Çarşının bir sıra divarları kərpicdən tikildi. 1825-ci il iyulun 1-i Çarşı növbəti yanğına şahidlik edir. Çarşı 1894-cü il tarixindəki büyük zəlzələdən sonra tamamilə yıxılınca, Qapalı Çarşıda zərər görənlərə Abdülhəmîd Xan şəxsən öz pulu ilə yardım etdi. Sultanın əmri ilə dörd illik inşa çalışması nəticəsində bugünkü görünüşüylə çarşı alış-verişə açıldı.


 Köhnə Qapalı Çarşı bugünkündən daha böyük idi. Övliya Çələbinin “Səyahətnamə”dəki izahına görə: Qapalı Çarşıda iki bazar, 4.399 dükan, 2.195 kiçik dükan, 12 zirzəmi, bir hamam, 16 bulaq, 8 quyu, bir türbə, bir məktəbdın ibarət idi. Bu gün Qapalı Çarşıdakı küçə adları qədimdən bir araya toplanan ticarətçi adlarının bir xatirəsidir. Qapalı Çarşının açılışı və bağlanışı dua ilə olardı. Duacı adı verilən bir Bölükbaşı, İncicilər Qapısının qarşısında dayanaraq xalqı duaya dəvət edərdi. Bazarda dükan açmaq istəyənləri xüsusi heyət qəbul edirdi.  


 Hazırda Qapalı Çarşı əcnəbi turistlər tərəfindən İstanbulda ən sıx ziyarət edilən məkandır.


 AZENS.AZ


Tweet 1124