Qurban bayramının özəllikləri


Günümüzdəki anlamıyla, İslamda Qurbanın tarixi Hz. İbrahim Peyğəmbər ilə başlayır. Uca Rəbbimiz gücü çatan hər kəsə oruc tutmağı, namaz qılmağı, Kəbəni ziyarət etməyi və qurban kəsməyi əmr etmişdir. Qurban günü əməllərində Allaha ən sevimli gələni qurban kəsilməsidir çünki, o qiyamət günü buynuzları, hirsi ilə gəlir. Qan yerə axmadan öncə Allah qatında məkanını alır, qurban kəsənlər onun qoxusu səbəbiylə gözəl qoxarlar. Məhəmməd Peyğəmbərimiz də qurbanı ibadət olaraq qəbul etmiş və yeddi dəvəni öz əlləriylə qurban olaraq kəsmişdir.


  Qurban türk dilinə fars dilindən kecmişdir. Farscadan tərcümədə  “yaxınlaşmaq” anlamını verir. Fars dilinə isə söz ərəb dilindən keçmişdir. Ərəbcə mənası isə  “Allah’a yaxınlaşmaq və Allah rizası üçün  kəsilən, qurban edilən heyvan”  mənası verir. Ərəbcə`də bu şəkildə kəsilən heyvana udhiyyə deyilir. Qurban bayramı  1992-ci il 27 oktyabr tarixindən "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd edilir. Müstəqillik əldə etdikdən sonra bu bayram qeyri-iş günü kimi təqvimə salındı.


  Qoyun, keçi, dana, qoç və dəvə qurban olaraq kəsilə bilər. Digər heyvanların qurban kəsilməsi keçərli deyildir. Qoyun və keçi sadəcə bir adam üçün; dəvə və dana isə yeddi adamı aşmamaq üzərə ortaqlaşmaqla qurban olaraq kəsilə bilər. Qoyun və keçi cinsindən heyvanlar bir yaşını doldurduqdan sonra qurban kimi kəsilməlidir. Mal cinsindən heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilməlidir. Heyvan kəsim yerinə incidilmədən götürülür, kəsiləcək zaman da qibləyə qarşı ve sol tərəfi üzərinə yatırılır. Qurbanın ibadət niyyəti ilə kəsilməsi şərtdir. Kəsilən qurban kasıblara, ehtiyacı olanlara paylanılmalıdır.                            


   Bütün müsəlmanlar, Qurban Bayramınız Mübarək !

Tweet 1108