Rio de Janeyronun yaranması


  Atlantik okeanının sahillərində yerləşən liman şəhəridir. Rio de Janeyronun payızında hava temperaturu 28-35°C təşkil edir, yayı isə daha sərin ±5°C fərqi ilə keçir. Bu şəhərin əsası 1502-ci ildə qoyulmuşdur.


  1501-ci ilin may ayında Portuqaliya dəniz səyyahı Ameroqo Vespuççinin başçılıq etdiyi Portuqaliya donanması Lissabon limanını tərk edib, Atlantik okeanı ilə Yeni dünyaya doğru hərəkət edir. 1502-ci il yanvarın 1-də donanma tanış olmayan körfəzə çatır.


 Körfəzi gəmidən seyr edən kapitan Ameriqo Vespuççi elə zənn edir ki, müşahidə etdiyi gözəl mənzərəli buxta çay mənsəbidir; ona görə o, buraya “Əsil cənnətə bənzər yanvar çayı” deyir. O vaxtdan həmin körfəz və sonradan orada əmələ gələn şəhər Rio-de-Janeyro adlanır. Yəni – “Yanvar çayı”.


  Bir sıra xalqlar yanvara “januar” və yaxud da “janeyro” deyirlər. Bu səbəbdən də Yanvar çayı, bu xalqların dilində “Rio-de- Janeyro” kimi səslənir. O zamandan indiyədək bu liman şəhəri – Rio-deYaneyro adlandırılır.


  AZENS.AZ

Tweet 1028