Saçların ağarmasına səbəb nədir?


 Saçların zəifləməsinə və ağarmasına, əsasən yaş həddi, əsəb gərginliyi və qeyri-normal ekologiya və s. səbəb olur...   Saçların  vaxtından tez ağarması əsasən, ağdərili insanlarda daha tez-tez rast gəlinir. Qaradərili insanların saçlarında ağarma çox gec yaşlarında müşahidə olunur (təbii ki, istisna hallar olur). Alimlərin apardıqları araşdırmalar görə, avropalıların saçı 34 yaşda, asiyalılarda 42 yaşda, qara dərililərdə 50 yaşında ağarır. Ən gec hindu qəbilələrinə məxsus olan insanlarda ağ saçlar əmələ gəlir. Belə ki, hinduların saçlarına 70 yaşına yaxın dən düşməyə başlayır və 70 yaşından sonra onların saçları ağarmağa başlayır.   Saçların ağarmasına digər səbəblərdən biri də saçda olan zülalların tərkibində tirozin maddəsinin çatışmazlığıdır. Vaxtından əvvəl ağ saçların əmələ gəlməsi pəhriz aludəçilərində daha çox müşahidə olunur. Belə ki, pəhriz saxlayanlarda saçlar vitaminlərlə təmin olunmur, bu da saçlarda bozarma və ağarmalara səbəb olur (zülallarla zəngin olan məhsulları çıxmaq şərtilə).   Ağ saçların yaranmasına əsəb və endokrin pozğunluqları da səbəb ola bilir ki, bu zaman vitaminlərin orqanizmə daxil olması məhdudlaşır və orqanizmdə mis difisiti yaranır. “B” vitamini demək olar ki, yoxluq təşkil edir. Saçların ağarması bəzən nəsildən-nəsilə keçər, genetikdir. Bəzən zarafatla deyirlər ki, aö tükü qoparsan daha da artacaq. Bu həqiqətən belədir, qopardığın bir ağ tük əvəzi, üçü çıxır.   Əgər saçlar 20 yaşında və ya daha tez ağarmağa başlayırsa, onda bunu ciddi qəbul etmək lazımdır. Bu xroniki xəstəlikdən xəbər verə bilər.   AZENS.AZ 
Tweet