«Sevgililər Günü»nün tarixi


 Sevgilər Gününün başlanğıc tarixi qədim Roma İmperatorluğu zamanına uzanır. Və tarixi, bir növ Valentin və İmperator II Klavdiyə bağlanır. Valentin öz dövrünün xeyirxah keşişi idi və gənc aşiqləri evləndirirdi.

 Hazırda bu proseslər evləndirmə proqramlarının ümidinə qalıbsa qədim dövrlərdə bu işi Valentin yerinə yetirirdi. İmperator II Klavdiy Romanı öz sərt qanunları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməməsi idi. O, bu vəziyyətin tək səbəbini romalı kişilərin ailələrini buraxmaq istəməmələrində görürdü. Elə bu səbəbə görə Romadakı bütün nişan və evlilikləri dayandırdı. Valentin imperatorun bu qadağasına baxmayaraq gizlicə cütlükləri evləndirməyə davam edirdi. Ancaq gizlilik çox çəkmədi, imperator bundan xəbər tutdu. Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Bizim eradan əvvəl 270-ci il 14 fevral tarixində Xristian qəbiristanlığında basdırıldı.


  Bu arada söyləmək lazımdır ki, Valentin öz sevdiyi xanıma ilk “təbrik” kartı yollayan şəxsdir. O həbsdə olarkən, türmə gözətçisinin qızına vurulur. Və sevgisini çatdırmaq üçün bu vasitədən istifadə edir. Məktubların sonunda «Sənin Valentinindən» (“From Your Valentine”) sözlərini yazırdı. Bu hazırda bir adətə çevrilmişdir. Hər 14 fevral günü sevgililər bir-birlərinə “valentinka” adlanan sevgi ifadəsi yollayırlar. İndiki dövrdə bu smslə də, internetlə də olur.


 Sevginizi ifadə edərkən qırmızı və ağ rənglərdən istifadə edin. Çünki, qırmızı rəng ehtirası, ağ rəng isə saf sevgini bildirir. Valentinin ölümündən uzun zaman sonra 496-cı ildə Roma Papası Helasius 14 fevral gününü Müqəddəs Valentin Günü kimi adlandırdı. Müqəddəs Valentinin cəsədi dövrümüzə qədər saxlanılmaqdadır. Şotlandiyanın Qlazqo şəhərində yerləşən Roma-Katolik kilsəsinə gəlib Valentindən saf məhəbbət istəyən insanların sayı hər il getdikcə çoxalır. 

 Sizə Unudulmaz Sevgililər Günü diləyi ilə......
 

Tweet 1092