Seymur Orucov

“Elmin hüdudları üfüq xəttinə oxşayır.... Biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır".  Ona görə də insan daim öz üzərində çalışmalıdır. Bu əvvələr bir az çətin idi. Amma indi gənclərimizin maariflənməsində internetin rolu böyükdür. Müasir dövrdə gənclərin internetə marağını nəzərə alaraq onların düzgün istiqamətləndirilməsi vacib şərtlərdəndi. Onu da qeyd edim ki, bu gün gənclərin maarifləndirilməsində, onların respublikanın ictimai-siyasi həyatında və eyni zamanda beynəlxalq tədbirlərin həyata keçirilməsində fəal iştirakında düzgün tərtib edilmiş web səhifələrin mühüm əhəmiyyəti vardır. Düşünürəm ki, Azens.az saytı da daim yenilənən məlumatları ilə hər zaman bu istiqamətdə gənclərimizin yardımçısı olacaq.  
Tweet