"Soyuq Müharibə"nin tarixi


  Bu nəhəng səhvin günahının kimdə az, kim də isə çox olmasını axtarmağa ehtiyac yoxdur. Kimini ağa çıxarıb, kimini isə qaraya bulamağa da ehtiyac yoxdur. Çünki, “Soyuq müharibə” nin əsas səbəbkarları o dövrlər iki əsas qüdrətli və aparıcı dövlətlər olan ABŞ və SSRİ hesab edilir.


  Sovet – Amerika əməkdaşlığının başlanğıcı dövründə, bu əməkdaşlığın sonradan “Soyuq müharibə”yə çevriləcəyi heç kəsin ağlına belə gəlməzdi. 1941-ci ilin iyun ayında  Almaniya SSRİ-yə hücum edən zaman ABŞ prezidenti Ruzvelt belə yazmışdır: “Bu, Avropanın nasist dominantlığından azad olması deməkdir, narahat olmağımıza əsas yoxdur...”  Ruzvelt belə hesab edirdi ki, müttəfiq dövlətlər II Dünya Müharibəsinin qalibləri olduqdan sonra da qarşılıqlı əməkdaşlıq edəcək və yenə də xoşməramlı  müttəfiqlər olacaqlar.  


 II Dünya Müharibəsi başa çatdıqdan sonra dünyadakı siyasi və iqtisadi vəziyyət tamam başqa səmtə yönəldi. Belə ki, Avropanın  kolonial ölkələri və Yaponiya xarabazarlığa çevrilmişdi. Amma Sovet İttifaqı və Birləşmiş Ştatlar hər tərəfli irəliləməyə başlamışdı. Hər iki dövlətin təsir gücü və təsir dairəsi genişlənirdi. Belə olan halda hər iki dövlət öz gücünü və təsir dairəsini genişləndirməyə çalışırdı.  Bu iki dövlət arasında hər tərəfli “yarışma” başlamışdı, həm ideoloji cəhətdən, həm iqtisadi, həm siyasi, həm də silahlanma sahəsində. Hər iki dövlət bir-birindən irəliyə keçməyə çalışırdı, əsasən də silahlanmada. Bu da istər-istəməz artıq “Soyuq müharibə”yə gətirib çixarmışdı.  


 “Soyuq müharibə”nin ən şiddətli dövrlərində ABŞ prezidenti C. Kennedi belə demişdir:” Ölkənin nüfuzu - Olimpiyadalarda aldığı medallarla və nüvə silahlarının sayı ilə ölçülür.” Buradan belə nəticə hasil olur ki, həmin illər bu iki nəhəng ölkələr arasında silahlanma ilə bərabər idmanda da, idmançıları arasında da “soyuq müharibə” gedirdi. Buna misal olaraq, 1980-ci ildə Moskva Olimpiadasını ABŞ və onun tərəfdarı olan ölkələrin baykot etməsini göstərmək kifayətdir.  


 Qərb “Soyuq müharibə”ni uddu, Sovet İttifaqı isə könüllü olaraq uduzdu. Artıq nə Varşava Müqaviləsi mövcuddur, nə Sovet İqtisadi Qarşılıqlı Yardımı, nə də ki, Almaniyanı ikiyə bölən “dəmir pərdə”,  nə də ki,  keçmişdə SSRİ-nin tərkibində olan Respublikalar. Artıq bu Respublikaların əksəriyyəti müstəqil bir dövlətdir və bu dövlətlərin bir çoxunda NATO qüvvələri yerləşdirilmişdir.


  “Soyuq müharıbə” süquta uğradıqdan sonra, istər Qərb, istərsə də Şərq, ümumiyyətlə, bütün dövlətlər öz aralarında olan hər hansı bir problemi sülh və danışıqlar yolu ilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində həll etməyin tərəfdarıdırlar. Heç bir normal dövlət istəməz ki, hansısa bir dövlətlə hər hansı bir problem yaşasın və konfiliktdə olsun. Bütün normal dövlətlər bir-biri ilə iqtisadi əlaqələrin  daha da yaxşı olmasını və iqtisadi, siyasi əməkdaşlıqlarının daha yaxın olmasını, inkişat etməsini istəyir.   Bir sözlə, bütün dövlətlər və millətlərin bir əsas arzusu var: Heç vaxt müharibə olmasın, istər qaynar, istərsə də soyuq!  


 AZENS.AZ

Tweet 1024