Təraş etmənin tarixindən....


 Qədim dövrdə yaşamış adamları xəyalımızda nədənsə həmişə saqqalı təsəvvür edirik. Halbuki, misirlilər hələ eramızdan əvvəl 2000-ci ildə üzlərini qırxırmışlar. Saqqal saxlamaq imtiyazı ancaq firona və bəzi əyanlara verilərmiş. Əlbəttə, bəzən onlar da üzlərini qırxdırarmışlar. Belə hallarda onlar süni saqqal taxarlarmış.


 Yunanlar və romalılar saqqal qırxdırmaq ənənəsini möhkəmləndirmişlər. Orta əsrlərdə saqqal ətrafında çoxlu mübahisələr getmişdir. Fransızlarda saqqal pərəstiş predmeti hesab edilmişdir.

 
 Saqqalsızlıq rüsvayçılıq, bədnamlıq və namussuzluq sayılarmış. O vaxt kral taxtdan salınanda onun başı və saqqalı qırxılarmış. Fransa kralı 1515-ci ildən I Fransisin fərmanı ilə saqqalı olanlar xəzinəyə xüsusi vergi verirlərmiş. Lakin intibah dövründə dəlləyin əlində yenidən ülgüc görünməyə başladı. I Pyotr boyarlara elə hey üz qırxdırmağın əhəmiyyətini başa salırdı. I Pyotrun dövründə Rusiyada saqqal saxlamaq qadağan edilmişdi.


 Üz qırxdırmağın əsasını kim qoymuşdur?.. Üz qırxdırmağın əsasını ilk dəfə yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Bu necə yaranmışdır? — Müharibə vaxtı əlbəyaxa döyüşlərdə düşmənin onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını müşahidə edən İsgəndər təcili olaraq saqqalları qırxmaq əmri barədə ciddi əmr vermişdir.

Tweet 1138