Tac-Mahalın sirrləri


 Tac-Mahalı Şahzadə Xürrəm adıyla da tanınan Monqol-Hind-Türk imperatoru Cahan Şah  1631-ci ildə doğum əsnasında (14-cü uşağı doğarkən) ölən həyat yoldaşı Ercümənd Banu Begümün  xatirəsinə etdirmişdir. O, həm də Mumtaz Mahal kimi də adlandırılırdı. Ərcümənd Banu şahın qəlbini zəkası, gözəlliyi ilə fəth etmiş sultan idi. Sultan doğuş zamanı ölür, vəfatından sonra güclü stress keçirən şahın 10 günə saçları ağarır. Cahan Şah sevdiyi xanımın ölümünə heç zaman alışa bilmədi. Rəvayətə görə, Tac-Mahalın tikintisində  çalışan bütün işçilərin qolları belə bir arxitektura təkrar edilməsin deyə kəsilmişdir. Yerləşdiyi şəhərin hər yerindən görünə bilən Tac-Mahal İslam arxitekturasının şah əsərlərindən biri kimi adlandırılır. Abidənin memarları: Memar Sinanın tələbələri Məmməd İsa Əfəndi və Məmməd İsmayıl Əfəndi, yazıları yazan Xəttat Sərdar Əfəndi Cahan Şah tərəfindən İstanbuldan dəvət edilmişlər. Azens.az saytının məlumatına görə, 1632-ci ildə inşasına başlanan əsər 20 il sonra 1652-ci ildə tamamlanmıştır. Abidənin hündürlüyü 75 metrdir və ağ mərmərdən hazırlanmışdır. Tac -Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür, divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir, amma buna saraydakı cəvahiratlar daxil deyildir. Tac-Mahal dünyanin yeni yeddi möcüzəsinə daxil edilib. Babur İmperatorluğunun VI hökmdarı Cahan şah və həyat yoldaşı Ercümənd Banu bu sarayda dəfn edilmişlər.
Tweet