Tarixi mistika - Güzgü


Məsələn: belə hesab edilir ki, güzgü müxtəlif enerjiləri özündə əks etdirmək qabiliyyətinə malikdir. Belə ki, güzgü kosmik, müxtəlif əşyalar və adamların enerjilərini özündə əks etdirə bilir. Bu səbəbdən də güzgü ilə çox ehtiyatlı davranmaq lazımdır. Güzgüdə əks olunan enerjilər insanlara ziyan verə bilər. Belə hesab olunur ki, kosmik enerji insanlar üçün çox zərərlidir. Çünki kosmik enerji insanların enerjisindən qat-qat güclüdür və insanlara sarsıdıcı təsir göstərir. Güzgüyə açıq havada, yəni- küçədə baxmaq heç məsləhət deyildir. Belə ki, küçədə güzgüyə həm kosmosun, həm də yanınızdan ötüb keçən müxtəlif insanların mənfi enerjisi keçə bilər...  Yer üzündə ən qədim güzgünün yaşı 7.000 ilə yaxındır. Güzgü icad olunanadək onu müxtəlif metallar: qızıl, gümüş, bürünc, mis, qalay, dağ bülluru əvəz edirdi.  Güzgünün müasir tarixi XIII əsrdən hesablanır. Daha dəqiq desək, 1240-cı ildən, o vaxtdan ki, Avropada artıq üfürmə üsulu ilə şüşə kürələr hazırlanırdı. Şüşə güzgünün ixtirası isə 1279-cu ilə aid edilir. Con Pekam adlı bir şəxs şüşənin üzərinə nazik qalay qatı ilə örtməklə güzgü hazırlanmasının yeni üsulunu tapmışdır. Bu cür güzgülərin hazırlanma üsulu belə idi: üfürülmüş şüşə kürənin içərisi nazik qalay qatı ilə örtülürdü və soyuduqdan sonra şüşə kürələr sındırılırdı, sınıqların hər bir parçası güzgü kimi istifadə edilirdi. Amma bu güzgülər müasir güzgülər kimi təmiz və düzgün əks etdirmirdi. Kürəşəkilli güzgülərin sınıqları əksləri yayırdı. Amma əvvəlki güzgülərə nisbətən təmiz və aydın əks etdirirdi.  Müasir güzgülərin ilk protopini ilk dəfə venesiyalılar icad ediblər. Venesiya güzgülərindən 1835-ci ildən istifadə olunmağa başlanmışdır. Alman professoru Yustus Fon Libix müasir güzgülərin düzəlmə sirlərini açdıqdan sonra bu üsulla güzgü istehsal etməyə başlamışdı. Düz şüşənin bir tərəfinə nazik gümüş qatı çəkməklə təmiz və keyfiyyətli güzgü əldə olunurdu.  Ümumiyyətlə, dünyada ən bahalı güzgü Venesiya güzgüləri hesab olunur. Venesiyalı güzgü ustaları güzgü düzəldərkən şüşənin bir üzünü qızıl və bürünc qatı ilə örtürdülər. Bu da hər bir şeyi olduğundan da qəşəng göstərirdi. O zamanlar Venesiyada düzələn güzgünün bir ədədi bir gəmi qiymətinə idi. Fransız aristokratları bir ədəd “Venesiya güzgüsü” almaq üçün hətta bir mülk satmalı olurdular. Venesiya güzgüləri o dövrlər çox baha qiymətə satılırdı. Bizim dövrümüzə gəlib çatan rəqəmlərdən də bu məlum olur. Məsələn: 100x65 sm ölçülü bir ədəd “Venesiya güzgüsü”nün qiyməti – 8.000 livr imiş. Rafaelin çəkdiyi bir şəkilin qiyməti isə 3.000 livr. Demək bir ədəd “Venesiya güzgüsü” Rafaelin çəkdiyi şəkildən təxminən 3 dəfə baha imiş. O dövrlər güzgü almaq, habelə güzgü kolleksiya etmək ən varlı aristokratlara və kral nəslindən olanlara aid olan bir iş idi.  Tarixi məlumatlara əsasən, XVI əsrin sonlarında Fransa kraliçası Mariya Mediçi özünün Güzgülü otağı üçün çox böyük bir məbləğ ödəməklə, 119 ədəd “Venesiya güzgüsü” sifariş etmişdir. Venesiyalı güzgü ustaları isə bunun əvəzində Mariya Mediçiyə bir  güzgü hədiyyə etmişdilər. Bu güzgü dünyada ən bahalı güzgü hesab edilir. Həmin güzgü Fransanın “Luvr” muzeyində saxlanılır.  XVI əsrdə yaşamış Fransa kraliçası avstriyalı Anna güzgü həvəskarı olduğundan, çox böyük pullar xərcləyərək, venesiyalı güzgü ustalarından neçə-neçə  çox bahalı güzgülər almışdır.  Venesiyalı güzgü ustaları uzun müddət güzgü monopoliyasını öz əllərində saxlamışdılar. Lakin  güzgü həvəskarı olan fransızlar da güzgü düzəltməyin sirlərinə yiyələndikdən sonra, yəni - Fransanın bir çox yerlərində güzgü istehsalı ilə məşğul olan manifakturalar fəaliyyətə başladıqdan sonra güzgünün qiyməti sürətlə aşağı düşdü və güzgü istehsalı bütün Avropaya yayıldı. AZENS.AZ Orucova Jalə
Tweet