Tarixi şəxslərin sevdiyi yeməklər


 Şirniyyatdan sonra şorbaya, şorbadan sonra çaya keçirdi. Onun üçün müəyyənləşdirilmiş yemək vaxtı yox idi. Nə zaman qabağına yemək qoyurdular, o zaman da dalğın halda yeyər, yarımçıq qalmış işlərini düşünər və işinə dönməyə tələsərdi. Napoleonun saysız-hesabsız çeşidli təamlar olan təntənəli mərasimlərdə belə həmişə əməl etdiyi qayda var idi: harda olursa-olsun, elə birinci xörəkdən sonra dondurma tələb edər və tez də süfrədən durardı. Dondurmanı sevirdi. Alkoqola münasibətdə dərəcəsini bilən idi, ancaq şamberteni sevirdi.  


 Uinston Çörçill - Yemək onun həyatında çox önəmli bir yeri tuturdu.  Ən sevimli içkisi “Pol Roger” şampanı idi. Bu gün Çörçilin sevimli şampanı onun adını daşıyır.   Çörçill təyyarədə olanda belə yemək zövqünə xəyanət etmirdi.  Xüsusi ilə səhər yeməyinə ciddi yanaşırdı. Onun üçün hazırlanmış səhər yeməyi iki müxtəlif sinidə növbə ilə süfrəyə  gətirilməli idi. Birinci sinidəki təamlara qaynadılmış yumurta, giləmeyvə cemi və kərə yağı, bir fincan südlü qəhvə, bir stəkan soyuq süd, soyutma cücə və ya ət daxil idi. İkinci sinidə isə baş nazir üçün təzə qreypfurt, təzə sıxılmış portağal şirəsi, sodalı viski və siqar gəlirdi. Sonralar isə Çörçil bunları rəsmi menyuya əlavə etdirir.    


I Pyotr-Rus çarı (imperator) - Müasirlərinin yazdıqlarından bəlli olur ki, I Pyotr hər şeydən çox qara çörəyi və I Yekaterinanın badam südü də əlavə etməklə bişirdiyi sevimli arpa yarması aşını (sıyığı) xoşlayırdı. Aşpaz çox vaxt ona xiyarla qaynadılmış mal əti, duzlu kələm şorbası hazırlayırdı.  İmperator xaricdən gətirilmiş yarıyumşaq limburq pendirinin dadına da baxırdı. Meyvə və tərəvəzləri sevirdi. Hərdən süfrəni hazırlamaq və yeməyi süfrəyə gətirməyi arvadı həyata keçirirdi və bu daha çox holland şkiperlərini evinə dəvət edəndə olurdu. Bu da Pyotr siyasətinin tərkib hissəsi idi. Əgər yeməyi I Yekaterina hazırlayırdısa, demək, Pyotrun iş qurduğu şəxslərə tələsi vardı.    


 Mustafa Kamal Atatürk  - Çıxışlarının birində ziyafətlərdə çox yeməyin qənaətə zidd və sağlamlığa zərərli olduğunu söyləyib. Atatürk haqqında yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub.  Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi . Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. İçkilərdən ayran və limonadı sevib. Ayranı isə çörək batıraraq yeyirmiş. Süfrədən yarıtox dururmuş. Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi, xüsusi ilə gecə saatlarında acanda pendirli omlet yeyirmiş.  Gün ərzində 10-15 fincan qəhvə içən siyasətçi daha çox orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakı içsə də, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub.  Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yemək adəti imiş.  


 Tutanhamon – Qədim Misir fironu    Tutanhamonun orijinal aludəliyi vardı: hələ də adı olmayan  yeməyə çox böyük həvəs göstərirdi, o yemək əridilmiş balla yumurta və təzə üzüm şirəsindən hazırlanırdı. Məşhur ingilis arxeoloqu Hovard Karter - Tutanhamonun qəbrini tədqiq edərkən yüksək keyfiyyətli borularda şərablar, papirusda yazılmış dünyanın ən qədim kulinar reseptini aşkara çıxarmışdır. Fironun sevimli xörəklərdən birini belə hazırlayırdılar: bir neçə yumurta ilə əridilmiş bal və tər üzüm şirəsini qarışdırır, sonra bu qarışığı qaynadılmış şərabın içinə tökür və köpük yarananadək çalırdılar. Sonda nar dənələri əlavə edirdilər. Qədim misirlilər xörək-içkiyə bənzər  bu qarışığın fironu cavan saxlayacağına  inanırdılar. O dövrün Misirində şərab qeyri-adi içki sayılırdı. Tutanhamonun qəbrindəki şərab dolu bardaqda belə yazılıb: “5-ci il. Tutanhamonun evindən şərab. Əsas şərabsatan Haa”  Tutanhamon qırmızı şərabı sevirmiş.    


 AZENS.AZ

Tweet 1036