Tarixin ən varlı insanı müsəlman imiş


Bu gün inkişaf baxımından dünyada ən sonuncu yerləri tutan Qərbi Afrika ölkələrinin vaxtilə ən sərvətli və iqtisadi baxımdan ən güclü dövlət idi.   Mali hökmdarları “mansa” ləqəbini daşıyırdılar (Misir hökmdarları “firon” ləqəbini daşıdıqları kimi). 25 il (1312-37) hakimiyyətdə olmuş Mansa Musa öz zəmanəsində böyük şöhrətə malik idi, onu şahların şahı adlandırırdılar. Maraqlıdır ki, Mansa Musa yazıb-oxumağı bacarmır, yalnız öz yerli dialektində danışa bilirdi və bütün siyasi görüşlərə tərcüməçi ilə gedirdi. Hökmdar ətraf ölkələrlə mehriban münasibət saxlayır və başqa inanc sahibləri ilə tolerant davranırdı. İndiki Mali, Qvineya, Seneqal, Niger, Mavritaniya ölkələri və başqa torpaqlar onun ixtiyarı altında olub, hansı ki, bu yerlər qızıl yataqları hesab olunurdu. Həmçinin, bu torpaqlar əvəzsiz qida məhsulu olan duzun ən zəngin ehtiyatlarının vətəni idi. Məlumdur ki, orta əsrlərdə Avropaya bütün ədviyyat məhsulları Şərqdən idxal olunurdu. Özü də o zamanlar ədviyyat məhsulları çox baha dəyərləndirilirdi. Hətta bu gün hədsiz ucuz saydığımız xörək duzunun qiyməti qızıla bərabər tutulurdu. Mansa Musanın zamanında isə dünyanın ümumi duz istehlakının tən yarısı onun tabeliyində olan torpaqların payına düşürdü.  Mansa Musa haqqında o dövrün alim və səyyahları əsərlərində maraqlı məlumatlar vermişlər. 1280-1337-ci illər arasında hakimiyyət sürmüş I Mansa Musa Malinin şimalında yerləşən Qao və Timbuktu şəhərlərini çiçəkləndirmiş və dünyanın ən varlı şəhərinə çevirmişdir. Mansa Musanın himayəsi altında fəaliyyət göstərən əslən əndəluslu (qranadalı) memar Əbu İshaq əs-Sahili memarlıqda öz adı ilə adlandırılan və Qərbi Afrikaya xas olan “sahili” üslubunu yaratdı. Əs-Sahili bu yerlərdə bişmiş kərpicdən istifadə edən ilk memar sayılır. Mansa Musanın dövründə tikilmiş məscidlər bu gün də öz gözəlliyi ilə ziyarətçiləri heyran etməkdədir.  Mansa Musanın şöhrətinin dörd yana yayılmasının əsas səbəbi onun 1324-cü ildə (şahlığının 17-ci ilində) həyata keçirdiyi həcc ziyarəti olmuşdur. Həmin səfərdə hökmdarı 80 min əyan və xidmətçi müşayiət edirdi. Həcc karvanı özü ilə 12 tondan artıq qızıl aparırdı. Xidmətçilər yol boyunca keçdikləri şəhərlərdə camaatın başına ovuc-ovuc qızıl tökürmüşlər. Qahirə, Mədinə kimi iri şəhərlərin əhalisi də Afrika hökmdarının səxavətinin şahidi oldu. Deyilənlərə görə, bu hadisənin nəticəsində uzun müddət boyunca İslam məmləkətlərində qızılın qiyməti xeyli aşağı düşmüşdü. Mansa Musa aylarla davam etmiş  həcc səfəri zamanı hər gün bir köləni azad edir, həftənin cümə günü çatdığı hər şəhərdə iri came məscidi tikdirməyə fərman verirmiş.  Tarixin ən varlı şəxsləri sırasında növbəti yerləri Rotşildlər ailəsi (350 milyard dollar), Con Rokfeller (340 milyard dollar), Endrü Karnegi (310 milyard dollar), rus çarı II Nikolay (300 milyard dollar) tutur. Yeddinci yerdə İngiltərə kralı Fateh Vilhelm (229,5 milyard dollar), doqquzuncu və onuncu yerlərdə Henri Ford (199 milyard dollar) və Kornelius Vanderbilt (185 milyard dollar) dururlar.  Tarixin ən varlı şəxsləri siyahısının ilk onluğunda daha iki yer də müsəlmanlara məxsusdur. Altıncı yerin sahibi VII Asəf-şah Osman Əli xan (1886-1967) Heydərabadın sonuncu hökmdarı idi. Ədalətli və tərəqqipərvər hakim kimi tanınan Osman Əli xan öz torpaqlarında ibtidai təhsili icbari etmiş və kasıbları təhsil haqqından azad edən fərman imzalamışdı. 37 yaşında ikən bu hökmdar Heydərabad şahlığına dəmir yolu çəkdirmiş, elektrik enerjisi gətirmişdi. Onun almaz istehsalı və satışından əldə etdiyi sərvət indiki məzənnə ilə 230 milyard dollardan artıq idi.  Siyahının 8-ci pilləsində keçmiş Liviya prezidenti Müammər Qazzafi durur. Onun hələ tam aşkara çıxarılmamış kapitalının həcmi 200 milyard dollar həcmində dəyərləndirilirdi.  
Tweet 8678